Vüqar Rəhimzadə: Seçkilərdə vətəndaşlarımız daha güclü Azərbaycan görmək arzusunu ifadə etdilər | 1news.az | Xəbərlər
Siyasət

Vüqar Rəhimzadə: Seçkilərdə vətəndaşlarımız daha güclü Azərbaycan görmək arzusunu ifadə etdilər

17:34 - 12 / 04 / 2018
Vüqar Rəhimzadə: Seçkilərdə vətəndaşlarımız daha güclü Azərbaycan görmək arzusunu ifadə etdilər

Seçkilərin nəticəsindən danşdıqda hesab edirəm ki, bu təkcə İlham Əliyevin gördüyü işlərə yox, bütövlükdə Azərbaycanın inkişafına verilmiş böyük qiymətdir.

Bu barədə 1news.az-a açıqlamasında “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə aprelin 11-də keçirilən prezident seçkilərini şərh edərkən deyib. Onun sözlərinə görə, bu seçkilərdə vətəndaşlarımız daha güclü Azərbaycan görmək arzusunu ifadə etdilər:

“Onlar ölkəmizdə siyasi sabitliyin qorunub dərinləşməsinə, ümumilikdə cənab Prezidentin 15 il ərzində gördüyü işlərə və onun həyata keçirdiyi Heydər Əliyev siyasətinə dəstək oldular. Bu, təbii haldır. Çünki cənab Prezidentimiz həm daxili, həm də xarici siyasətdə kifayət qədər uğurlara imza atıb. Azərbaycan bu gün dünyanın inkişaf etmiş ölkələrindən birinə çevrilməkdədir. Bu isə təbii ki, Prezidentimizin bütün sahələrdə həyata keçirdiyi çoxşaxəli fəaliyyətinin məntiqi nəticəsidir”.

Vüqar Rəhimzadə İlham Əliyevin prezidentliyə digər namizədlərlə müqayisədə bir sıra üstün keyfiyyətlərə malik olduğunu da qeyd edib: “İlham Əliyevin dövlət başçısı kimi idarəçilik sistemini dərindən bilməsi, dünya siyasətinə dərindən bələd olması onu prezidentliyə digər namizədlərdən fərqləndirir. O, hər zaman xalqa, dövlətə, Vətənə bağlılıq nümunəsi ortaya qoyub. Bu sədaqət nümunəsi, dövlətin inkişafı üçün həyata keçirdiyi siyasət daim Azərbaycanı uğurlara aparıb.

Baş redaktor İlham Əliyevin bundan sonrakı prezidentliyi dövründə də ölkəmizin inkişafı üçün əzmlə çalışacağına və böyük uğurlara imza atacağına əminliyini ifadə edib:

“Prezident namizədliyi irəli sürülən zaman Yeni Azərbaycan Partiyasının qurultayında qarşıda duran hədəfləri geniş qeyd elədi. Təbii ki, Azərbaycanın iqtisadi imkanlarını genişləndirmək, iqtisadi gücünü artırmaq, Azərbaycanın dünya siyasətində rolunu artırmaq və vətəndaşlarımızın həyat şəraitinin davamlı şəkildə yaxşılaşmasına yönəlmiş bir siyasət həyata keçiriləcək. Bu baxımdan hesab edirəm ki, növbəti 7 ildə Azərbaycan daha böyük uğurlara imza atacaq”.

1news.az

Paylaş:
446

Son xəbərlər

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə 2 yeni müavin təyin edilib - DOSYEBu gün, 12:57“Azərbaycan 2030 və dayanıqlı inkişaf” milli tələbə müsabiqəsi keçirilibBu gün, 12:51Sabah 32 dərəcə isti olacaq - ProqnozBu gün, 12:46Növbəti köç karvanı Füzuliyə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:41Babək Rayon İcra Hakimiyyətinə yeni başçı təyin olunduBu gün, 12:36Mayın 5-də 9 illik təhsil bazası üzrə imtahanlar keçiriləcəkBu gün, 12:22Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçiriləcəkBu gün, 12:21Prezident daha bir icra başçısını vəzifəsindən azad etdiBu gün, 12:15TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıbBu gün, 11:51Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilibBu gün, 11:51PAŞA Holding tərəfindən Future Shapers inkişaf proqramının açılış tədbiri təşkil edilib - FOTOBu gün, 11:45Abşerona olan sevgi ziyalıları bir araya topladıBu gün, 11:42İsveçdə Qurani-Kərim yandırılıb - VİDEOBu gün, 11:27FHN metroda təlim keçirib - VİDEOBu gün, 11:23İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edibBu gün, 11:14“BakıKART” artıq m10-da!Bu gün, 11:02Bakıda mənzildən 60 min manatlıq qızıl-zinət əşyaları oğurlanıbBu gün, 10:59Autizmin əlamətləri hansılardır? - Psixoloqla MÜSAHİBƏBu gün, 10:45Bakıda 86 dayanacaq pavilyonu quraşdırılacaqBu gün, 10:37Kamaləddin Qafarov: “Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq”Bu gün, 10:26
Bütün xəbərlər