Putin: İlham Əliyevin Moskva ilə Bakı arasında dostluq əlaqələrinin gücləndirilməsi səylərini yüksək qiymətləndiririk | 1news.az | Xəbərlər
Siyasət

Putin: İlham Əliyevin Moskva ilə Bakı arasında dostluq əlaqələrinin gücləndirilməsi səylərini yüksək qiymətləndiririk

12:18 - 12 / 04 / 2018
Putin: İlham Əliyevin Moskva ilə Bakı arasında dostluq əlaqələrinin gücləndirilməsi səylərini yüksək qiymətləndiririk

Rusiya Prezidenti Vladimir Putin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə İlham Əliyevə təbrik məktubu göndərib.

1news.az-ın verdiyi xəbərə görə, məlumatı Kremlin mətbuat xidməti yayıb:

“Seçkilərdə inamlı qələbə İlham Əliyevin yüksək siyasi nüfuzunu aydın şəkildə təsdiq edir, Azərbaycanın üzləşdiyi sosial-iqtisadi və xarici siyasət problemlərinin həllində onun xidmətlərinin qiymətləndirildiyini göstərir”.

Vladimir Putin İlham Əliyevin Moskva ilə Bakı arasında dostluq, yaxşı qonşuluq əlaqələrinin gücləndirilməsi üzrə səylərini yüksək qiymətləndirib və dövlətin birgə səylərlə bütün sahələrdə məhsuldar ikitərəfli əməkdaşlığı, eləcə də regional və beynəlxalq məsələlərdə qarşılıqlı tərəfdaşlığı genişləndirəcəyinə əminliyini ifadə edib, bunun Rusiya və Azərbaycan xalqlarının əsas maraqlarına cavab verdiyini vurğulayıb.

S.Xankişiyeva

 

Paylaş:
717

Son xəbərlər

Bütün xəbərlər