Rusiyada “Telegram” bağlandı | 1news.az | Xəbərlər
Dünya

Rusiyada “Telegram” bağlandı

14:28 - 13 / 04 / 2018
Rusiyada “Telegram” bağlandı

Moskvanın Taqansk məhkəməsi Federal Təhlükəsizlik Xidmətinə istifadəçilərin ismarıclarını oxumağa imkan verən şifrələmə açarlarını təqdim etmədiyi üçün Rusiyada “Telegram” mesencerini bağlayıb.

1news.az-ın Oxu.Az-a istinadla verdiyi xəbərə görə, mesencerə giriş FTX-yə müvafiq açarlar verilənə qədər bağlı olacaq.

Tətbiqin ixtiraçısı Pavel Durovun göstərişi ilə “Telegram” nümayəndələri məhkəmədə iştirak etməyiblər.

S.Xankişiyeva

 

Paylaş:
668

Son xəbərlər

Bütün xəbərlər