Ekspertlər: Manatın devalvasiyası üçün heç bir əsas yoxdur | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ekspertlər: Manatın devalvasiyası üçün heç bir əsas yoxdur

18:50 - 16 / 04 / 2018
Ekspertlər: Manatın devalvasiyası üçün heç bir əsas yoxdur

Son bir neçə gündə bəzi KİV-lərdə milli valyutanın kursuna münasibətdə qeyri-sağlam ajiotaj müşahidə edilir. Yayılmış xəbərlərdə həm dolların kursunun qalxacağı, həm də valyuta çatışmazlığının gözlənəcəyi ilə bağlı heç bir əsası olmayan şayiələr yayılır.

İqtisadçı ekspertlər 1news.az-la söhbət zamanı bir ağızdan bəyan etdilər ki, indiki halda manatın devalvasiyası üçün heç bir əsas yoxdur.

Ekspert Fuad Əlizadə bildirib ki, ajiotajın səbəbi Azərbaycanın sıx ticari-iqtisadi əlaqələr mailk olduğu Rusiyadakı qeyri-stabil maliyyə vəziyyətidir:

“Rubl aşağı düşdü, bu isə Azərbaycandan olan bir çox sahibkarlara sərf edir. Belə ki, bu onlara mal alamaq üçün daha sərfəli kursdan istifadə edə bilərlər. Bunun üçün onalrın dollarla olan bəzi aktivlərindən də istifadə etmək olar”.

Bu müstəqil ekspertin fikrincə, ölkədə xarici valyuta ilə bağlı heç bir problem yoxdur və bu da bankların xarici valyutaya olan tələbatının təmin olunduğu Mərkəzi Bankın (AMB) hərracları ilə sübuta yetirilib.

Azərbaycanda valyuta ilə bağlı stabil vəziyyət həm də nəzərə alsaq ki, ölkəmiz aktiv şəkildə karbohidrogen ixrac edir, dünya birjalarında neftin qiymətinin yüksək olması ilə bağlıdır.

Ekspertin fikrincə, Rusiyadakı “valyuta böhranı” bu ölkəyə beynəlxalq sanksiyaların güclənməsi ilə bağlı olaraq müvəqqəti xarakter daşıyır:

“Bütün bu deyilənlərdən ümumi nəticəyə gələrək demək olar ki, Mərkəzi Bankın manatın devalvasiyasını aparması üçün fundamental əsaslar yoxdur”.

Digər iqtisadçı-ekspert Samir Əliyev də düşünür ki, manatın ətrafında yaranan ajiotaj Rusiya rublunun dəyərdən düşməsi ilə bağlıdır:

“Lakin bu, müvəqqəti xarakter daşıyır. Rusiyanın kifayət qədər valyuta resursları var. Eyni zamanda Rusiya əsas neft və qaz ixrac edən ölkələrdən biridir və bunun sayəsində ölkəyə külli miqdarda valyuta daxil olur”.

Rusiyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu xatırladan S.Əliyev bildirib ki, söhbət neft məhsullarından gedir:

“Artıq ikinci ildir ki, ölkədən kapitalın çıxışında azalma qeydə alınır, ixracın idxalı üstələmsi hesabına isə xarici ticarət balansıda müsbət saldo müşahidə edilir. Mərkəzi Bank manatı çox möhkəmləndirmək, eyni zamanda onun devalvasiasına da yol vermək istəmir. Çünki devalvasiya iqtisadi cəhətdən səmərəli olmamaqla yanaşı, banklarımızı təhlükə qarşısında qoya bilər. Mərkəzi Bank və hökumət isə buna yol verə bilməz”.

2015-ci ildə baş verən hadisəni daha çox nüftin qiymətinin azalması ilə əlaqələndirən ekspert hazırda neftin qiymətinin yüksək olduğunu, eyni zamanda ölkəmizin turizm sektorundan da gəlirlər əldə etdiyini vurğulayıb:

“Mərkəzi Bank ölkədə valyuta bazarına tam nəzarət edir. Manatın kursu stabildir. İlin sonuna kimi manatın kursu 1,70-1,72 AZN/USD səviyyəsində qalacaq”.

Qeyd edək ki, keçən həftə Mərkəzi Bankın sədri Elman Rüstəmov manatın devalvasiya olunacağı ilə bağlı xəbərləri təkzib edib.

Lada Evqraşina

Paylaş:
372

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər