Təyyarədə ayaq üstə getmək mümkün olacaq | 1news.az | Xəbərlər
Dünya

Təyyarədə ayaq üstə getmək mümkün olacaq

17:12 - 18 / 04 / 2018
Təyyarədə ayaq üstə getmək mümkün olacaq

Almaniyada keçirilmiş “Aircraft Interiors Expo” sərgisində təyyarədə ayaqüstü yerlərin prototipi təqdim olunub.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, at yəhərini xatırladan “oturacaqlar” şaquli dayaqla təchiz olunub.

Bu cür yerlərdə sərnişinlər yumşaq dayağa söykənməklə ayaqüstü gedə biləcəklər.

İstehsalçıların fikrincə, bu layihə təyyarələrin sərnişin tutumunu 20 faizədək artıra bilər.

Bu yerlər qısa məsafələrə uçuşlar zamanı istifadə oluna bilər. Artıq Kolumbiyanın “VivaColombia” və İrlandiyanın “Ryanair” aviaşirkətləri bu məhsula maraq göstərdiyini açıqlayıb.

S.Xankişiyeva

 

Paylaş:
398

Son xəbərlər

Bütün xəbərlər