İlham Əliyev Dövlət Bayrağı Meydanında olub | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Dövlət Bayrağı Meydanında olub

11:44 - 18 / 04 / 2018
İlham Əliyev Dövlət Bayrağı Meydanında olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri Dövlət Bayrağı Meydanında olublar.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, fəxri qarovul dəstəsinin rəisi Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı əsgərləri salamladı.

Azərbaycan Respublikasının dövlət himni səsləndi.

Azərbaycan Respublikası Prezidentinin, Silahlı Qüvvələrin Ali Baş Komandanının şərəfinə yaylım atəşi açıldı.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlətimizin başçısının qarşısından keçdi.

S.Xankişiyeva

 

Paylaş:
684

Son xəbərlər

Bütün xəbərlər