Meksika və Azərbaycan miqrasiya sahəsində əməkdaşlığı müzakirə edib | 1news.az | Xəbərlər
Siyasət

Meksika və Azərbaycan miqrasiya sahəsində əməkdaşlığı müzakirə edib

11:56 - 19 / 04 / 2018
Meksika və Azərbaycan miqrasiya sahəsində əməkdaşlığı müzakirə edib

Miqrasiya sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etmək məqsədi ilə Meksikanın Azərbaycandakı səfiri Rodrigo Labardini ilə Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevlə görüşüb.

1news.az-a səfirlikdən verilən məlumata görə, diplomat Azərbaycanın Meksikanın regionda mühüm tərəfdaşı olduğunu vurğulayaraq, iki ölkə arasında olan siyasi və ticarət əlaqələrinin inkişafının vacibliyini bildirib.

Bundan əlavə, Meksika Milli Miqrasiya İnstitutunun fəaliyyəti və strukturu haqqında məlumat verərək, onun tərəfdaşı olan Azərbaycan Dövlət Miqrasiya Xidməti ilə müxtəlif fəaliyyət növləri üzrə əməkdaşlıq imkanlarını vurğulayıb.

Öz növbəsində, Firudin Nəbiyev bildirib ki, Dövlət Miqrasiya Xidməti miqrantların təhlükəsiz, nizamlı və müntəzam hərəkətinə zəmanət verir. Sözügedən dövlət qurumu bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq edir və bu da Meksikanın Milli Miqrasiya İnstitutu ilə əməkdaşlığa maraq göstərməsinə bir səbəbdir, hansı ki, bu sahədə münasibətlərin inkişafına imkan verərək iki ölkə arasında təcrübə mübadiləsinin aparılmasına və qabaqcıl təcrübəyə qarşı bir addım olardı.

Bununla əlaqədar, səfir qeyd edib ki, Meksika miqrasiya məsələlərini əhatə edən müxtəlif beynəlxalq sənədlərinin iştirakçısıdır, və təhlükəsizlik sxemi ilə miqrantların ehtiyaclarını artırmaq məqsədi ilə, Birləşmiş Millətlər Təşkilatının (BMT) çərçivəsində Qlobal təhlükəsiz, nizamlı və müntəzam miqrasiya sazişinının mövcud olduğunu söyləyib. Diplomat qeyd edib ki, Meksikanın ABŞ-la olan sərhədindən hər gün 1 milyon insan və 400 min nəqliyyat vasitəsi keçir, bu isə təhlükəsiz, nizamlı və müntəzam miqrasiyanın yalnız Meksika üçün deyil bütün dünya üçün mühüm bir məsələ olduğunu göstərir.

Pərvanə Sultanova

 

Paylaş:
551

Son xəbərlər

QDİƏT-in turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə baş tutubBu gün, 17:50Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıbBu gün, 17:49Azərbaycanda hərracda 20 nəqliyyat vasitəsi özəlləşdirilibBu gün, 17:46Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edibBu gün, 17:34Novruz Məmmədov vəzifəsindən azad edildiBu gün, 17:31Ev dustaqlığında olan vəzifəli şəxs həbs edildiBu gün, 17:26Bakıda qaçırdığı avtomobillə yol qəzası törətmiş yeniyetmə saxlanılıb - FOTO - VİDEOBu gün, 17:12Vəkillər Kollegiyasının rəhbərliyinin iştirakı ilə Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilibBu gün, 17:09Bakıda iaşə obyektindəki hadisənin qida zəhərlənməsi ilə heç bir əlaqəsi olmayıb - AQTA-dan açıqlama - YENİLƏNİBBu gün, 16:45Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidirBu gün, 16:42Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıbBu gün, 16:26İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİBBu gün, 16:12“EFES - 2024” təliminə cəlb edilən Azərbaycan Ordusunun növbəti heyəti Türkiyəyə yola düşüb - VİDEOBu gün, 16:08Bolqarıstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlibBu gün, 16:04Sumqayıtda təhsil müəssisəsində 250 min manatdan artıq pul vəsaiti mənimsənilibBu gün, 15:59İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBBu gün, 15:47Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edilibBu gün, 15:38Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilibBu gün, 15:26Dənizdə dalğanın hündürlüyü 4.4 metrə çatıb - Faktiki havaBu gün, 15:19Moody’s Beynəlxalq Reytinq Agentliyi Kapital Bank-ın reytinq qiymətləndirməsini açıqlayıbBu gün, 14:59
Bütün xəbərlər