Şimali Koreya bütün nüvə və raket sınaqlarını dayandırıb
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ölkəsində nüvə və raket sınaqları aparılmasının dondurulduğunu və ölkənin şimalındakı nüvə poliqonunda işlərin dayandırıldığını elan edib.
1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə Cənubi Koreyanın Yonhap agentliyi məlumat yayıb.
“Aprelin 21-dən Şimali Koreya nüvə sınaqlarını və qitələrarası ballistik raketlərin buraxılışını dayandıracaq. ...KXDR sınaqların dayandırılmasına dair vədini təsdiq etmək üçün ölkənin şimalındakı nüvə sınağı poliqonunu bağlayacaq”, – deyə agentlik Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyinin məlumatını sitat gətirib.
Qərar KXDR-in hakim partiyasının mərkəzi komitəsinin cümə günü keçirilən iclasında qəbul olunub.
S.Xankişiyeva