Yerevanda Sarkisyanın baş nazir seçilməsinə etirazla bağlı aksiya başlayıb | 1news.az | Xəbərlər
Dünya

Yerevanda Sarkisyanın baş nazir seçilməsinə etirazla bağlı aksiya başlayıb

15:00 - 22 / 04 / 2018
Yerevanda Sarkisyanın baş nazir seçilməsinə etirazla bağlı aksiya başlayıb

Bu gün Yerevanda Respublika meydanında Serj Sarkisyanın baş nazir seçilməsinə etirazla bağlı aksiya başlayıb.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə,bundan əvvəl Yerevanın Erebuni rayonunda  polis yürüş keçirən aksiyaçıların qarşısını kəsib və toqquşma baş verib.

Polis aksiyaçıları dağıtmaq üçün gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edib. Bununla belə, polis etirazçıların Respublika meydanına toplaşmasının qarşısını ala bilməyib. Hazırda Respublika meydanının ətrafına çoxlu sayda polis qüvvələri, o cümlədən xüsusi təyinatlılar cəlb edilib. 

S.Xankişiyeva

Paylaş:
456

Son xəbərlər

Bütün xəbərlər