Məhəmməd Salah Premyer Liqanın ən yaxşı futbolçusu seçilib | 1news.az | Xəbərlər
Futbol

Məhəmməd Salah Premyer Liqanın ən yaxşı futbolçusu seçilib

18:02 - 23 / 04 / 2018
Məhəmməd Salah Premyer Liqanın ən yaxşı futbolçusu seçilib

“Liverpul” klubunun misirli hücumçusu Məhəmməd Salah İngiltərə Peşəkar Futbolçular Assosiasiyasının (PFA) versiyası üzrə Premyer Liqada cari mövsümün yekunlarına görə, ən yaxşı oyunçu seçilib.

1news.az-ın məlumatına görə, “qırmızılar”ın heyətində möhtəşəm mövsüm keçirən 25 yaşlı misirli oyunçu David De Xea (“Mançester Yunayted”), Kevin De Bröyne, Leroy Sane, David Silva (hamısı “Mançester Siti”) və Harri Keynlə (“Tottenhem”) mübarizədən qalib ayrılıb.

Fəxri mükafata Kevin De Brüyne (“Mançester Siti”), David De Xea (“Mançester Yunayted”), Harri Keyn (“Tottenhem”), Leroy Sane (“Mançester Siti”) və David Silva (“Mançester Siti) da iddia ediblər.

Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm Premyer Liqada 34 turdan sonra 31 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb. Leroy Sanenin isə aktivində 9 qol, 12 assist var.

1news.az

Paylaş:
737

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər