Prezident İlham Əliyevin Türkiyə səfəri: qardaş ölkələr arasında əlaqələrin inkişafında yeni dönəm | 1news.az | Xəbərlər
Siyasət

Prezident İlham Əliyevin Türkiyə səfəri: qardaş ölkələr arasında əlaqələrin inkişafında yeni dönəm

17:30 - 25 / 04 / 2018
Prezident İlham Əliyevin Türkiyə səfəri: qardaş ölkələr arasında əlaqələrin inkişafında yeni dönəm

Məlum olduğu kimi, dünən Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başlayıb. Səfər zamanı iki ölkə rəhbərləri arasında müxtəlif məsələlər ətrafında qarşılıqlı fikir mübadiləsinin aparılması, razılaşmaların əldə edilməsi nəzərdə tutulur.

Aprelin 11-də keçirilmiş prezident seçkilərindən sonra Prezident İlham Əliyevin ilk səfərini növbəti dəfə qardaş Türkiyəyə etməsi iki ölkə arasında münasibətlərin qardaşlıq bağlarına söykəndiyini və strateji xarakter daşıdığını bir daha sübut etdi.

Siyasi icmalçı, millət vəkili Sahib Alıyev 1news.az-a açıqlamasında Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfər etməsini çox uğurlu bir səfər kimi qiymətləndirərək bildirib ki, bu səfər növbəti dəfə Azərbaycanla Türkiyənin bir millət, iki dövlət olduğunun təsdiqidir:

“İlham Əliyev yenidən prezident seçildikdən sonra ilk xarici səfərini Türkiyəyə edir. Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan da prezident seçildikdən sonra ilk səfərini Azərbaycana etmişdi. O, bu gün verdiyi açıqlamada bildirdi ki, iyun ayında keçiriləcək prezident seçkilərində qalib gələrsə yenə də dövlət başçısı kimi ilk səfərini Azərbaycana edəcək”.

S.Alıyev səfərin aprelin 24-də - Çanaqqala zəfəri günündə baş tutmasına diqqət çəkərək bildirib ki, bu faktın özü səfərin həm də rəmzi bir xarakter daşıdığını göstərir:

“Məlum olduğu kimi, Birinci Dünya Müharibəsinin ən qanlı döyüşlərindən olmuş Çanaqqala döyüşündə türklərlə birgə azərbaycanlılar da vuruşublar. Bu zəfər olmasaydı indi Türkiyə də olmazdı. Hərdən təəccüb edirik ki, Qərb dövlətləri saxta “erməni soyqırımı” məsələsinə niyə bu qədər diqqət yetirirlər. Əslində isə burada təəccüblü heç nə yoxdur. Çünki ermənilər o zaman Qərb dövlətlərinin göstərişi ilə təbəəsi olduğu Osmanlı dövlətinə qarşı çıxaraq içərisində türklərin, kürdlərin, digər millətlərin nümayəndələrinin də olduğu yarım milyondan artıq günahsız insanı qətlə yetiriblər. O zaman da Azərbaycan xalqı türklərlə birgə, çiyin-çiyinə idi. Bu baxımdan səfərin məhz Çanaqqala zəfərinin gününə salınması həm də rəmzi xarakter daşıyır”.

Hazırda dünya miqyasında Azərbaycan və Türkiyə kimi biri-birinə yaxın olan iki dövlətin olmadığını deyən millət vəkilinin sözlərinə görə, bunun səbəbi yalnız eyni kökdən, eyni soydan olmağımız deyil:

“Eyni ittifaqda birləşən Belarusla Rusiya, ABŞ-la müttəfiqləri arasında zaman-zaman ciddi narazılıqların baş verdiyini müşahidə edirik. Azərbaycanla Türkiyə arasında olan münasibətlər isə həqiqi dostluğa, qardaşlığa əsaslanır. Bunun səbəbi yalnız eyni kökdən, eyni soydan olmağımız deyil. Biz biri-birimizi qardaş dövlət deyə adlandırırıq, eyni zamanda dövlət başçılarımız da biri-birilərinə “qardaşım” deyə müraciət edirlər. Bu isə iki ölkənin əməkdaşlığını daha da dərinləşdirir. Bu səfərdə artıq bunun növbəti əlamətlərini gördük”.

Prezidentlərin görüşündə hərbi-sənaye sahəsində əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı birgə açıqlamaların verilməsinin çox mühüm əhəmiyyət daşıdığını deyən S.Alıyev bildirib ki, burada hərbçi mübadiləsindən, birgə təlimlərdən tutmuş Türkiyədə istehsal olunan ən yüksək texnoloji hərbi sənaye məhsullarının Azərbaycana gətirilməsinədək bir çox məsələlər öz əksini tapıb:

“Azərbaycanla Türkiyə arasında ticarət sahəsində əldə edilən yeni anlaşma da olduqca mühüm əhəmiyyət kəsb edir. Sensasiya xarakterli digər bir anlaşma ondan ibarətdir ki, hər iki ölkə gələcəkdə ticarət əməliyyatlarını milli valyutalarla aparacaqlar. Bu çox önəmli və çox cəsarətli addımdır.

Burada onu da xüsusi nəzərə almaq lazımdır ki, Azərbaycan indiyə qədər Türkiyə iqtisadiyyatına 14 milyard dollarlıq investisiya qoyub və hazırda Türkiyəyə ən çox investisiya yatıran ölkədir.  Türkiyə isə indiyə qədər Azərbaycan iqtisadiyyatına 12 milyard dollarlıq investisiya qoyub ki, bu da olduqca yüksək göstəricidir. Bu fakt da iki ölkənin yalnız siyasi deyil, həm də iqtisadi baxımdan yaxınlığını göstərir”.

Türkiyə üzrə ekspert, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı da 1news.az-a açıqlamasında Prezident İlham Əliyevin Türkiyəyə səfərinin yalnız simvolik xarakter daşımadığını söyləyib. Onun sözlərinə görə, seçkilərdən sonra Azərbaycan və Türkiyə prezidentlərinin qarşılıqlı olaraq reallaşdırdıqları səfərlər həm iki ölkə arasında olan münasibətlərin ümumi ruhundan, həm də münasibətlərin strateji xarakterindən qaynaqlanır:

“Bu həm münasibətlərin keçmişinə verilən dəyərdir, həm də münasibətlərin bugünkü vəziyyətinin aynası olmaqla yanaşı münasibətlərin gələcəyinə baxışı göstərir. Bəzən deyirlər ki, ilk səfər simvolik məna daşıyır. Lakin bu səfərin dərin mənası var. Keçmişə, bu günə verilən dəyər və gələcəyə dair planların bir hissəsidir. Səfər zamanı Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclasının keçirilməsi bir daha səfərin yalnız simvolik deyil, strateji əhəmiyyət daşıdığını göstərir.

Çox güman ki, səfərdə Azərbaycan-Türkiyə münasibətlərinin daha da dərinləşdirilməsi, davam edən birgə layihələrin başa çatdırılması üçün səylərin artırılması və yeni layihələrin icrası kimi məsələlər müzakirə olunacaq”.

A.Aslanlı Prezident İlham Əliyevin Türkiyəyə səfərinin Ermənistanda baş verən son hadisələr fonunda baş verməsinə də diqqət çəkib:

“Hazırda Ermənistanda mürəkkəb bir proses gedir. Məlum olduğu kimi, cinayətkar, Xocalı soyqırımına görə məsuliyyət daşıyan, tək bizə qarşı deyil, öz xalqına da qarşı bir çox hərbi və mülki cinayətlər törətmiş Serj Sarkisyan hakimiyyətdən uzaqlaşdırıldı. Bəs görəsən bu proses Ermənistanın regiona və dünyaya baxışının dəyişməsinə səbəb olacaq, ya yox?  Yəni Ermənistanda yeni hakimiyyətə gələcək olanlar yeni təfəkkürün, yoxsa Sarkisyan təfəkkürünün daşıyıcıları olacaqlar?

Əgər fərqli baxış olsa, şübhəsiz ki, bu, Türkiyə ilə münasibətlərə də, Azərbaycanla münasibətlərə də, Qarabağ probleminin həllinə də töhfə verə bilər. Əminəm ki, iki dövlət başçısı bu məsələni də müzakirə edəcək. Hər iki tərəf arzu edir ki, Ermənistanda normal təfəkkür hakimiyyətə gəlsin və bu normal təfəkkür regionda gərginliyə, müharibəyə deyil, sülh və əməkdaşlığa töhfə versin”.

Babək Cahandarov

Paylaş:
784

Son xəbərlər

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!28 / 04 / 2024, 12:18Kamaləddin Qafarov: “Azərbaycan - Qırğızıstan münasibətlərində mədəni əlaqələr önəmli yer tutur”28 / 04 / 2024, 11:30"Nar"dan sərfəli smartfon təklifi27 / 04 / 2024, 21:10ABŞ Səfirliyi ANAMA əməkdaşının minaya düşməsinə münasibət bildirib27 / 04 / 2024, 18:03Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar27 / 04 / 2024, 17:40Sahibkarlıq sahəsində fərqlənən bəzi şəxslər “Tərəqqi” medalı ilə təltif edilib27 / 04 / 2024, 17:19Azərbaycan hərbçiləri Türkiyədə “EFES - 2024” təlimində iştirak edir - FOTO27 / 04 / 2024, 17:03“Koroğlu”da polisdən qaçan narkokuryer barəsində cinayət işi başlanıldı - FOTO27 / 04 / 2024, 16:21Ali Məhkəmənin hakimi intihar edib27 / 04 / 2024, 16:01Hacıqabul - Bəhrəmtəpə - Mincivan yolunda hərəkət qismən məhdudlaşdırılacaq27 / 04 / 2024, 15:40“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirilib - VİDEO27 / 04 / 2024, 15:30Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək27 / 04 / 2024, 15:01Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fleşmob təşkil edib27 / 04 / 2024, 14:34Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmənin meyiti tapılıb27 / 04 / 2024, 14:17Bu gün 10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışır27 / 04 / 2024, 13:47Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb, saxlanılan var27 / 04 / 2024, 13:26ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb27 / 04 / 2024, 13:06Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirilib27 / 04 / 2024, 12:30Sahibə Qafarova: Fransa regionda yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyur27 / 04 / 2024, 12:20Bazar günü Azərbaycanda 32 dərəcə isti olacaq - Proqnoz27 / 04 / 2024, 12:06
Bütün xəbərlər