Karapetyan Paşinyanla görüşün ləğv edilməsinə dair bəyanat yayıb | 1news.az | Xəbərlər
Ermənistan

Karapetyan Paşinyanla görüşün ləğv edilməsinə dair bəyanat yayıb

10:46 - 25 / 04 / 2018
 Karapetyan Paşinyanla görüşün ləğv edilməsinə dair bəyanat yayıb

Ermənistanın baş naziri vəzifəsini icra edən  Karen Karapetyan "Vətəndaş razılaşması” partiyasının ideri, deputat Nikol Paşinyanla sabah üçün nəzərdə tutulmuş görüşün ləğv edilməsi ilə əlaqədar bəyanatla çıxış edib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, Karapetyan mövcud vəziyyətin müzakirəsi və həll yollarını tapmaq üçün Paşinyanla görüşünün təyin edildiyini vurğulayıb:

“Amma görüş baş tutmayacaq, çünki Paşinyan birtərəfli qaydada yeni şərtlər irəli sürüb. O, bizim tərəfdən iştirakçıların siyahısını təklif edib və yalnız özünün gündəliyinin müzakirə edəcəyini bildirib. Bu, danışıqlar və dialoq demək deyil, özünün gündəliyinin təqdimatıdır.

Müzakirələrin aparılmasında öz təcrübəmdən çıxış edərək deyim ki, belə bir formatı eşitməmişdim.

Mən prezidentə müraciət edərək daxili siyasi vəziyyətin müzakirəsi,  erkən parlament seçkilərinə qədər  mövcud vəziyyətdən çıxış yolunun tapılması üçün parlamentdə və qeyri-parlamentdəki siyasi qüvvələrin iştirakı ilə geniş formatda görüş keçirməyi təklif edirəm".

P.Sultanova

Paylaş:
716

Son xəbərlər

Bütün xəbərlər