Türkiyədə zəlzələ: yaralanan var | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə zəlzələ: yaralanan var

17:31 - 26 / 04 / 2018
Türkiyədə zəlzələ: yaralanan var

Türkiyənin Dənizli vilayətində Rixter cədvəli ilə 4,3 bal gücündə zəlzələ olub.

1news.az-ın türk KİV-inə istinadla verdiyi xəbərə görə, yeraltı təkanların episentri Dənizli şəhərindən 19 kilometr şərqdə, yerin 5 kilometr dərinliyində qeydə alınıb.

Hadisə nəticəsində bir nəfərin xəsarət aldığı barədə məlumat verilir.

Hər hansı bir ciddi fəsadın olub-olmaması barədə hələ məlumat yoxdur.

S.Xankişiyeva

 

Paylaş:
578

Son xəbərlər

Bütün xəbərlər