Paşinyan: İrəvan-Sevan yolunda paytaxtın küçələrini bağlamaq üçün 80 yük maşını gözləyir
Bu gün günorta saatlarında "Mənim addımım" etiraz hərəkatı İrəvanda yeni aksiyalara başlayacaq.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə hərəkatın lideri, deputat Nikol Paşinyan bildirib.
O, yeni qüvvələrlə tətilləri davam etdirməyə çağırıb: “Daha bir addım və biz bu hekayəni bitirəcəyik".
Bu gün nəzərdə tutulan aksiyada yolların və körpülərin bağlanması planlaşdırılır. Bu məqsədlə İrəvan-Sevan yolunda 80 yük maşını gözləyir. Onlar İrəvana gələcək və küçələri bağlayacaqlar.
Paşinyan Lambada körpüsündən başlayaraq növbəti kütləvi aksiya keçirmək niyyətindədir.
Aprelin 26-da 12:05-də bütün sürücülərə hərəkəti dayandırmaq və 20 dəqiqə ərzində tərpənməməklə bağlı təlimat verilib.19:00-da isə Respublika meydanınada aksiya keçiriləcək.
P.Sultanova