Lavrovla Məmmədyarov arasında telefon danışığı olub
Qarşı tərəfin təklifi əsasında xarici işlər naziri Elmar Məmmədyarov və Rusiya xarici işlər naziri Serqey Lavrov arasında telefon danışığı olub.
Bu barədə 1news.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, nazirlər Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivlərini, Xəzər dənizinin hüquqi statusuna dair konvensiya və Xəzəryanı dövlətlərin qarşıdan gələn V sammitinə hazırlıq məsələlərini, həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll üzrə aparılan danışıqları müzakirə ediblər.
P.Sultanova
486