Cənubi və Şimali Koreya liderləri tarixi sənəd imzalayıblar | 1news.az | Xəbərlər
Dünya

Cənubi və Şimali Koreya liderləri tarixi sənəd imzalayıblar

14:19 - 27 / 04 / 2018
Cənubi və Şimali Koreya liderləri tarixi sənəd imzalayıblar

Bu gün Koreya Respublikasının prezidenti Mun Çje İn və Şimali Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In birgə Bəyannamə imzalayıblar. 

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, sənəd belə adlanır: “Sülh, inkişaf və Koreya yarımadasının birləşməsi haqqında Pxanmundjom Bəyannaməsi”.

Dövlət başçıları təsdiqləyiblər ki, hər iki ölkənin ümumi məqsədi Koreya yarımadasında denuklearizasiya, yəni nüvə tərksilahı aparmaqdır: “Cənub və Şimal Koreya yarımadasının denuklearizasiyası məsələsində beynəlxalq ictimaiyyətlə əməkdaşlıq üçün fəal səylər göstərmək barədə razılığa gəldilər”.

Bəyannamədə deyilir ki, Cənubi Koreya və KXDR bir-birinə qarşı düşmənçilik fəaliyyətlərini dayandırırlar: “Koreya yarımadasında bir daha heç vaxt müharibə olmayacaq, yeni sülh dönəmi başlayıb!”

Ölkələr sərhəd rayonlarında təbliğat məqsədilə istifadə etdikləri bütün fiziki vasitələri ləğv etmək barədə razılığa gəliblər: “Biz istənilən düşmənçilik fəaliyyətindən imtina edirik. Bu, mayın 1-də baş verəcək və təbliğat yayımı vasitələrinin ləğvini, eləcə də demilitarizasiya zonasında vərəqələrin yayılmasının tam dayandırılmasını ehtiva edəcək”.

Hər iki ölkə başçısı daimi əlaqə (o cümlədən, müdafiə nazirləri səviyyəsində) saxlamaq qərarına gəlib. Onlar 1950-53-cü illər Koreya müharibəsindən sonra ayrılmış ailələrin görüşlərinin bərpası haqda razılığa gəliblər: “Cənub və Şimal xalqın parçalanmasından yaranan humanitar problemləri həll edəcəklər. Bu məqsədlə Qırmızı Xaçın xətti ilə dialoq və ayrı düşmüş ailələrin görüşü təmin olunacaq.  Növbəti görüş avqustun 15-də keçiriləcək”.

Tərəflər iki ölkənin dəmir yollarının birləşdirilməsi barədə də razılıq əldə ediblər.

Cənub və Şimal perspektivdə sülh müqaviləsi imzalamaq niyyətindədir: “KXDR və Koreya Respublikası 1953-cü ildən bəri davam edən atəşkəs razılaşmasına son qoyurlar və onu sülh müqaviləsinə transformasiya edəcəklər. Bu məqsədlə Şimali Koreya, Cənubi Koreya və ABŞ üçtərəfli və ya dördtərəfli sammitin keçirilməsini dəstəkləyəcəklər ki, möhkəm sülh bərqərar olsun”.

S.Xankişiyeva

 

Paylaş:
832

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər