Elmar Məmmədyarov Kosta Rikanın xarici işlər naziri Manuel Qonsales Sanz ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov Kosta Rikanın xarici işlər naziri Manuel Qonsales Sanz ilə görüşüb

18:00 - 28 / 04 / 2018
Elmar Məmmədyarov Kosta Rikanın xarici işlər naziri Manuel Qonsales Sanz ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda işgüzar səfərdə olan Kosta Rikanın xarici işlər naziri Manuel Qonsales Sanz ilə görüşüb.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, nazirlər ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişaf perspektivlərini müzakirə ediblər.

Nazir Elmar Məmmədyarov iki ölkə arasında dostluğun və əməkdaşlığın inkişafına verdiyi töhfəsinə görə həmkarını XİN-nin Fəxri diplomu ilə təltif edib.

S.Xankişiyeva

 

Paylaş:
471

Son xəbərlər

Bütün xəbərlər