Paşinyan: Moskva ilə münasibətlər davam edəcək | 1news.az | Xəbərlər
Dünya

Paşinyan: Moskva ilə münasibətlər davam edəcək

16:05 - 29 / 04 / 2018
Paşinyan: Moskva ilə münasibətlər davam edəcək

Ermənistanda etiraz aksiyalarının lideri Nikol Paşinyan Dövlət Dumasının deputatları ilə görüş zamanı bəyan edib ki, baş nazir seçilərsə Yerevanın Moskva ilə münasibətləri davam edəcək.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu haqda Paşinyan görüş zamanı bildirib:

“Yerevanın siyasətində Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatına üzv məsələsinə baxılmayacaq. Ermənistanın Rusiya ilə münasibətləri inkişaf edəcək”.

S.Xankişiyeva

 

Paylaş:
706

Son xəbərlər

Karapetyan səs verib

Bu gün, 12:39

Gədəbəyə dolu düşüb

06 / 06 / 2026, 16:24
Bütün xəbərlər