Futbolçu onu yıxan hakimə sarı vərəqə göstərdi – VİDEO | 1news.az | Xəbərlər
Futbol

Futbolçu onu yıxan hakimə sarı vərəqə göstərdi – VİDEO

12:35 - 30 / 04 / 2018
Futbolçu onu yıxan hakimə sarı vərəqə göstərdi – VİDEO

Hollandiya Erediviziyasında “Vitess” ilə “Tvente”nin qarşılaşdığı matçda futbolçu onu yıxan hakimə sarı kart göstərib.

1news.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, kuryoz hadisə 2-ci hissənin ortalarında baş verib. Oyunun hakimi Yoahim Kamfeys təsadüfən ev sahibi komandanın yarımmüdafiəçisi Navaron Forla toqquşub.

Baş vermiş insident hamının üzündə gülüş yaradıb və ayağa qalxan For zarafatla hakimin cibindən sarı kartı çıxarıb onun özünə göstərib.

Qeyd edək ki, qarşılaşma 5:0 hesabı ilə “Vitess”in xeyrinə bitib.

1news.az

Paylaş:
1502

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər