Şarmazanov Paşinyana: Məni inandıra bilmədiniz
Bu gün Ermənistanda yeni bir reallıq və yeni bir vəziyyət yaranıb.
1news.az xəbər verir ki, bunu Ermənistan parlamentin baş nazirin seçilməsinə həsr olunmuş xüsusi iclasında vitse-spiker Eduard Şarmazanov bildirib.
O deyib ki, bu günlərdə Ermənistan hakimiyyəti cəmiyyətin bölünməməsi üçün tolerantlıq, təmkin göstərdi. Şarmazanov qeyd edib ki, onlar inkar yolu ilə getmədilər: “Biz dialoqa hazır olduğumuzu göstərdik və indi də göstərməkdəyik. Amma heç bir halda ultimatum ola bilməz. Ermənistanda demokratik dəyərlərin alternativi yoxdur. Demokratiya-rəqabət, açıq iştirakçılıq üçündür. Hamımızın fikir plüralizminə hörmət etməliyik”.
Vitse-spiker deyib ki, yalnız baş nazir yalnız icraedici hakimiyyətin başçısı olaraq seçməməlidir, eyni zamanda de-fakto Ali Baş komandan, Dağlıq Qarabağ münaqişəsi məsələsində danışıqları aparan əsas şəxs olmalıdır. Ona görə də konseptual çıxış eşitməyə ümid edirdim. Amma proqram xarakterli olmayan çıxışın şahidi oldum.
Hökumətdə əsas vəzifələri tutacaq -baş nazirin müavinləri, maliyyə naziri, polis rəisləri, müdafiə naziri, Milli Təhlükəsizlik Xidmətinin rəisi -şəxslər barədə sualıma cavab almadım. Biz ölkədə korrupsiyanın, ədalətsizliyin olduğunu inkar etmirik. Amma sabah hakimiyyətdə kimin olmasından asılı olmayaraq ultimatum dilində deyil, dialoq vasitəsilə danışmalıyıq".
Şarmazanovun sözlərinə görə, dünən və bu gün Nikol Paşinyan onu inandıra bilmədi: "Hörmətli Paşinyan, dünən və bu gün məni inandıra bilmədiniz. Mən sizi Ali Baş komandan kimi görmürəm”.
P.Sultanova