2018-ci ilin ən bahalı maşınları - SİYAHI - FOTO
Hər il dünyanın ən bahalı maşınlarının siyahısı dərc edilir.
1news.az Ölkə.az-a istinadən oxuculara 2018-ci ilin ən bahalı avtomobillərinin siyahısını təqdim edir.
Siyahıda yer alan nəqliyyat vasitələri məhdud sayda istehsal edilib.
10. Zenvo ST - 1.2 milyon dollar
Yeni Zelandiya və Danimarkada yığılır. “Zenvo ST” modeli 6.8 litr həcmli, V8 tipli mühərriklə təchiz edilib. Aqreqat 1104 at gücü hasil edir. Danimarkada ən bahalı avtomobil sayılır.
9. Ferrari Laferrari - 1.4 milyon dollar
Kapotun altında 6.3 litr həcmli, V12 tipli mühərrik var. Aqreqat 950 at gücü hasil edir. Yerindən 100 km/saat sürəti 3 saniyəyə əldə edir. Cəmi 499 nüsxə istehsal edilib.
8. Pagani Huayra - 1.4 milyon dollar
Kapotun altına 6 litrlik, V12 tipli, iki turbo kompressorlu mühərrik yerləşdirilib. Aqreqat 620 at gücü hasil edir. “Bugatti Veyron Super Sport” avtomobilindən daha sürətlidir.
7. Aston Martin One-77 - 1.4 milyon dollar
Bu model də məhdud sayda istehsal edilib. Aqressiv görünüşü var. Kapotun altında ən güclü V12 tipli mühərrik yerləşdirilib. Yerindən 350 km/saat sürəti 7 saniyəyə əldə edir. Qəfil dayandıqdan sonra yerindən 100 km/saat sürəti 3.5 saniyəyə yığır.
6. Koenigsegg One: 1-2 milyon dollar
Dünyanın ən sürətli və müasir avtomobillərindən biridir. Cəmi 6 nüsxə istehsal edilib və anında da satılıb.
5. Ferrari F60 America - 2.5 milyon dollar
“Ferrari” şirkəti Şimali Amerikada mövcudluğunun 60 illiyini qeyd etmək üçün cəmi 10 ədəd istehsal edilib. İdentik olaraq “F12” modeli ilə eynidir. 6.2 litr həcmli V12 mühərriki 740 at gücü hasil edir. Yerindən 100 km/saat sürəti 3.1 saniyəyə əldə edir.
4. Mansory Vivere Bugatti Veyron - 3.4 milyon dollar
Dünyanın ən sürətli və bahalı avtomobillərindən biridir. Maksimal sürəti 440 km/saatdır.
3. Lykan Hypersport - 3.4 milyon dollar
Hiperkar “Forsaj 7” filminə də cəkilib. Livandan olan super avtomobil Abu-Dabidə 3 göydələnin üzərindən uçaraq qəzaya uğrayır. Maksimal sürəti 380 km/saatdır.
2. Lamborghini Veneno -4.5 milyon dollar
Şirkətin 50 illik yubileyi şərəfinə istehsal edilib. Yerindən 100 km/saat sürəti cəmi 2.9 saniyəyə yığır.
1. Koenigsegg CCXR Trevita - 4.8 milyon dollar
Dünyanın seriya istehsalı olan ən sürətli avtomobilidir. İstehsal vaxtı almazdan istifadə edildiyi üçün qiyməti bahadır. Kapotun altındakı 4.8 litr həcmli mühərrik 1000 at gücü hasil edir.
1news.az