Bakıda İsrailin milli bayramı münasibətilə rəsmi qəbul təşkil olunub - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Bakıda İsrailin milli bayramı münasibətilə rəsmi qəbul təşkil olunub - FOTO

20:51 - 02 / 05 / 2018
Bakıda İsrailin milli bayramı münasibətilə rəsmi qəbul təşkil olunub - FOTO

Mayın 2-də İsrail Dövlətinin Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin 70-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə tədbirdə Azərbaycanın və İsrailin dövlət himnləri səsləndirilib.

İsrailin Azərbaycandakı səfiri Dan Stav çıxış edərək ölkəsinin inkişaf yolundan danışıb, ötən illərdə iqtisadi və mədəni sahələrdə böyük uğurlara nail olunduğunu vurğulayıb.

Səfir İsrail ilə Azərbaycan arasındakı siyasi, iqtisadi, mədəni əlaqələrdən söhbət açıb. O, münasibətlərin inkişafından məmnunluğunu bildirərək deyib ki, qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər ikitərəfli əməkdaşlığın daha da inkişafına zəmin yaradır. Diplomat Azərbaycanda yaşayan bütün xalqlar, eləcə də yəhudilər üçün yaradılmış şəraitə və yüksək səviyyəli tolerantlığa görə təşəkkürünü bildirib.

Vergilər naziri Mikayıl Cabbarov əlamətdar gün münasibətilə Azərbaycan hökuməti adından İsrail xalqını təbrik edib. O deyib ki, Azərbaycan ilə İsrail arasında müxtəlif sahələrdə əlaqələr inkişaf edir. Nazir Azərbaycanda yaşayan yəhudi icmasının və İsraildəki Azərbaycan icmasının ölkələrimiz arasında əlaqələrin genişlənməsində böyük rol oynadığını söyləyib. M.Cabbarov əmin olduğunu bildirib ki, ölkələrimiz arasında dostluq münasibətləri getdikcə daha da möhkəmlənəcək.

Tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, beynəlxalq təşkilatların təmsilçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

1news.az

Paylaş:
442

Son xəbərlər

Şuşaya qayıdış bu tarixdən başlayacaq30 / 04 / 2024, 17:45İrandan idxal olunan ərzaq məhsullarında göbələk aşkarlanıb, xəbərdarlıq edilib30 / 04 / 2024, 17:39Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirilib30 / 04 / 2024, 17:22“Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulan qurumların sayı artırılıb30 / 04 / 2024, 17:17144 ticarət və 160 ictimai iaşə müəssisəsində pozuntular aşkarlanıb30 / 04 / 2024, 17:11Sumqayıtda narkotikin təsiri altında avtomobil idarə edən 27 sürücü aşkarlanıb - VİDEO30 / 04 / 2024, 16:55Azərbaycan və Əlcəzair arasında enerji sahəsində əməkdaşlıq müzakirə olunub30 / 04 / 2024, 16:39Lənkəranda baş verən qəzada piyada ölüb30 / 04 / 2024, 16:27Bu gün 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib30 / 04 / 2024, 16:15Azərbaycan XİN Fransa daxili işlər nazirinin səsləndirdiyi əsassız iddialara cavab verib30 / 04 / 2024, 15:57Növbəti köç karvanı Laçına çatıb - YENİLƏNİB30 / 04 / 2024, 15:43“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində respublika müşavirəsi keçirilib - FOTO - VİDEO30 / 04 / 2024, 15:22Aprelin 7-də keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb30 / 04 / 2024, 15:18Ceyhun Bayramov livanlı həmkarı ilə görüşüb30 / 04 / 2024, 15:07Nazir: Azərbaycanın tərəfdarı olduğu danışıqlar Cənubi Qafqazda sülhə və sabitliyə hesablanıb30 / 04 / 2024, 14:57Yazın son ayında hava necə olacaq?30 / 04 / 2024, 14:41Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib30 / 04 / 2024, 14:21Ceyhun Bayramov Qətərin Baş naziri ilə görüşüb30 / 04 / 2024, 13:59“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanılıb30 / 04 / 2024, 13:45Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb - FOTO30 / 04 / 2024, 13:38
Bütün xəbərlər