Mübariz Əhmədoğlu: Rəsmi Moskvanın ermənilərə xüsusi münasibəti izah tələb edən məsələdir | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Rəsmi Moskvanın ermənilərə xüsusi münasibəti izah tələb edən məsələdir

10:09 - 02 / 05 / 2018
Mübariz Əhmədoğlu: Rəsmi Moskvanın ermənilərə xüsusi münasibəti izah tələb edən məsələdir

Ermənilərin Rusiya tarixində iştirakı əksərən xəyanətlərdən ibarət olub. Bu siyahını biz SSRİ-nin dağılmasında ermənilərin ABŞ-ın əlində xüsusi alət olmasından başlaya bilərdik.

Amma müasir dövrdə baş verənlər daha yadda qalan olur:

ı. “Noviçok” qalmaqalının müəllifi Vil Mirzəyanov ermənidir.

ıı. Dopinq qalmaqalının müəllifi Q.Rodçenkonun ermənilərə xüsusi münasibəti aşkarlandı.

ııı. Serj Sərkisyanın göstərişi ilə Ermənistan Çərkəz soyqırımının tanınmasını aktuallaşdırdı.

ıv. Serj Sərkisyanın prezidentliyi dövründə o zamankı baş nazir Tiqran Sərkisyan Avrokomissiyada iki dəfə Rusiya hərbi bazalarının Ermənistandan çıxarılmasını müzakirə etdi.

v. Serj Sərkisyan Aİ-nin Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində dəfələrlə Şimali Qafqazdakı vəziyyəti müzakirə etdi. Ermənistanın Şimali Qafqazla heç bir coğrafi, milli və dini əlaqəsi yoxdur.

Ümumilikdə Aİ-nin Rusiyaya qarşı aqressivliyinin artmasında S.Sərkisyan daxil olmaqla bir qrup erməninin xüsusi payı var.

vı. Keçmiş SSRİ zamanı rusların qovulması Ermənistandan  başladı; “İvan çamadanını götür, get evə”.

vıı. Sovet ordusunun müttəfiq respublikalardan qovulması prosesi də Ermənistandan başladı.

vııı. S.Sərkisyan Suriya məsələsində bir neçə dəfə V.Putinin təklifini rədd etdi.

ıx. Ermənilərin SSRİ-nin dağılmasında ABŞ-ın planını yerinə yetirməkdə iştirak etmələrini Serj Sərkisyan Rusiya mətbuatına etiraf etdi.

x. SSRİ dövründə Moskvada terror hadisəsini törədənlər ermənilər idi. Saxta pul kəsilməsi ilə məşğul olanlar da milliyyətcə erməni idilər.

xı. 1918-1921-ci illərdə ermənilərin  ingilislərin əlində sovet Rusiyasına qarşı vuruşması da tarixən  bəlli məsələdir.

xıı. Erməni Apostol Kilsəsi həmişə Rus Pravoslav Kilsəsinin əleyhinə olub.

xııı. A. Qriboyedovun ölümündə ermənilərin iştirakı açıq bəllidir.

Rus xalqı və dövlətçiliyinə qarşı belə xəyanətkar münasibətdə olan ermənilərə rəsmi Moskva həmişə hərarətli münasibət göstərib. Bəzi yüksək çinli məmurlar rus dövlətinin milli maraqlarını korrupsiya və siyasi korrupsiya ilə əvəzləyirlər.

MDB və ya dünyada təkcə Rusiya və Ermənistan mövcud deyil. Digər dövlətlər də var və onların Rusiya istiqamətində siyasətlərini qurarkən Rusiyanın erməni xəyanətkarlığını mükafatlandırması vacib rol oynayır.

Mübariz Əhmədoğlu,

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri

Paylaş:
559

Son xəbərlər

Bütün xəbərlər