Ermənistan parlamentinin iclası ləğv edilə bilər | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan parlamentinin iclası ləğv edilə bilər

10:44 - 02 / 05 / 2018
Ermənistan parlamentinin iclası ləğv edilə bilər

Ermənistan parlamentinin iclası baş tutmaya bilər.

1news.az “aysor.am”a istinadla xəbər verir ki,  parlamentdə 27 deputat qeydiyyatdan keçib ki, bu da kvorumun təmin edilməsi üçün kifayət deyil.

Əgər dörd saat ərzində kvorum təmin edilməsə, parlamentin növbəti sessiyası ləğv ediləcək.

Dünən Ermənistanda etiraz hərəkatının lideri deputat Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyi müzakirə edilib. Parlamentdə çoxluq təşkil edən Respublika partiyasının fraksiyası onun əleyhinə səs verib.  Paşinyan vətəndaşları kütləvi aksiyalara çağırıb.

Xatırladaq ki, bu gün səhər saatlarından etirazçılar İrəvanda mərkəzi yolları, hava limanına gedən yolu bağlayıb. Bu isə nəqliyyatın hərəkətini çətinləşdirib.

P.Sultanova

Paylaş:
759

Son xəbərlər

Bütün xəbərlər