"Tsarukyan bloku"nun 27 deputatından Paşinyana dəstək
Ermənistan parlamentindəki “Tsarukyan" fraksiyasının 27 deputatı Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyinin irəli sürrülməsinə dair forma imzalayıblar.
1news.az “aysor.am”a istinadla xəbər verir ki, bunu fraksiyanın üzvü Naira Zohrabyan deyib. Onun sözlərinə görə, indi xaricdə olan millət vəkilləri də var, “Yelk” və Daşnaksütunla birgə səslərin 1/3 təmin etmək kifayət edəcək.
Zohrabyan bildirib ki, siyasətdə heç bir halda nəyəsə sona kimi əmin olmaq mümkün deyil, Respublika Partiyasının dünənki bəyanatında deputaların irəli sürülmüş namizədi dəstəkləyəcəklərini bildiriblər.
1news.az
585