Azərbaycan I Divizionunda çempion müəyyənləşib | 1news.az | Xəbərlər
Futbol

Azərbaycan I Divizionunda çempion müəyyənləşib

22:53 - 04 / 05 / 2018
Azərbaycan I Divizionunda çempion müəyyənləşib

Azərbaycan I Divizionunda 2017/2018-ci illər mövsümünün qalibi müəyyənləşib.

1news.az xəbər verir ki, Bakının “Xəzər” klubu debüt mövsümündə qızıl medallara yiyələnib.

Belə ki, bu gün keçirilən 26-cı turda “Zaqatala” ilə qarşılaşan paytaxt təmsilçisi 3:2 hesabı ilə qalib gələrək, son turun nəticələrindən asılı olmayaraq, 1-ci yeri təmin edib.

Qalibin müəyyənləşməsində 2-ci pillədə qərarlaşan “Qaradağ Lökbatan”ın xal itkisi də rol oynayıb. Səfərdə “Turan Tovuz”a 1:2 hesabı ilə uduzan paytaxt klubu üçün xal hesabını 50-yə çatdıran Elşad Əhmədovun yetirmələri əlçatmaz olub.

1news.az

Paylaş:
635

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər