Dövlət başçısı Xaçmaz şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib | 1news.az | Xəbərlər
Rəsmi

Dövlət başçısı Xaçmaz şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib

11:30 - 04 / 05 / 2018
Dövlət başçısı Xaçmaz şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev mayın 4-də Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz idarəsinin inzibati binasının açılışında iştirak edib.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına “Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi barədə məlumat verdi.

Sonra Prezident İlham Əliyev Xaçmaz şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.

Sonda xatirə şəkli çəkdirildi.

1news.az

Paylaş:
500

Son xəbərlər

Bütün xəbərlər