Rusiyanın bir neçə şəhərində mitinq keçirilir
Rusiyanın bir sıra şəhərlərində müxalifətçi Aleksey Navalnının tərəfdarları icazəsiz mitinqlər keçirirlər.
1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, etiraz aksiyaları Moskva, Sankt-Peterburq, Krasnoyarsk və digər şəhərlərdə təşkil olunub.
Krasnoyarskda keçirilən icazəsiz mitinq zamanı polis az 15 nəfəri saxlayıb. Şəhər polisinin nümayəndələri kütləyə mitinqin keçirilməsinə icazə verilmədiyini bildirib və onlardan dağılışmalarını istəyib. Amma buna məhəl qoymayan nümayişçilər mərkəzə doğru irəliləyib. Bu zaman polis onların hərəkət istiqamətinin qarşısını kəsərək bir neçə etirazçını avtobusa və polis maşınına qoyaraq aparıb.
S.Xankişiyeva
741