Rusiyanın müxalifət lideri həbs olunub | 1news.az | Xəbərlər
Dünya

Rusiyanın müxalifət lideri həbs olunub

20:06 - 05 / 05 / 2018
Rusiyanın müxalifət lideri həbs olunub

Moskvada keçirilən icazəsiz etiraz aksiyasında “İrəliləyiş” partiyasının sədri Aleksey Navalnı polis tərəfindən saxlanılıb.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, Moskvanın Puşkin meydanında yerli vaxtla 14:00-da Navalnının çağırışı ilə kütləvi etiraz aksiyası start götürüb. Navalnı aksiyanın keçirildiyi yerə gələn kimi, polis tərəfindən saxlanılaraq şöbəyə aparılıb.

Hüquq mühafizə orqanları əməkdaşları meqafonla etiraz aksiyasının yerli qurumlarla  razılaşdırılmadığını bildirir və etirazçıların dağılışmasını tələb edir.

Aksiya ilə əlaqədar Tver küçəsində nəqliyyatın hərəkəti iflic olub.

S.Xankişiyeva

 

Paylaş:
860

Son xəbərlər

Bütün xəbərlər