İsrail HƏMAS-ın mövqelərini bombalayıb | 1news.az | Xəbərlər
Dünya

İsrail HƏMAS-ın mövqelərini bombalayıb

20:00 - 06 / 05 / 2018
İsrail HƏMAS-ın mövqelərini bombalayıb

İsrailin Hərbi Hava Qüvvələri yəhudi dövləti ərazisində yanğınlar törətmək məqsədi ilə atılan “yanan hava ilanları”na cavab olaraq Qəzza zolağının şimal hissəsində Fələstinin HƏMAS hərəkatının mövqelərinə hücum edib.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə İsrailin Müdafiə ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, İsrail ordusu mənbəyi Qəzza zolağı olan terror fəallığının yatırılması üzrə fəaliyyətini davam etdirəcək.

S.Xankişiyeva

 

Paylaş:
439

Son xəbərlər

Bütün xəbərlər