Yeni Zelandiyada nəhəng çat əmələ gəlib
Yeni Zelandiyadakı fermalardan birində dərinliyi altımərtəbəli bina və uzunluğu iki futbol meydançası boyda olan nəhəng çat əmələ gəlib.
1news.az-ın Lenta.ru-ya istinadla verdiyi xəbərə görə, Rotorua yaxınlığında meydana gələn çat bir neçə gün davam edən leysan yağışlardan sonra yaranıb.
“Tomo” adı almış çatın yerləşdiyi fermanı idarə edən Kolina Termeyn bildirdiyinə görə, onun aprelin 30-da meydana gəldiyini güman olunur. Çatın uzunluğu 180 metrə, eni və dərinliyi isə 20 metrə bərabərdir.
Bu, son illər fermanın ərazisində yaranan doqquzuncu çatdır. Yeni Zelandiyanın GNS Science mərkəzinin vulkanoloqu Bred Skott “Newshub” telekanalına müsahibəsində bildirib ki, bu onun indiyədək gördüyü ikinci nəhəng çatdır.
“Tomo” çatı alimlərin də böyük marağına səbəb olub. Çatın sonuncu dəfə 60 min il bundan əvvəl püskürmüş qədim vulkan kraterinin üzərində yerləşdiyi bildirilir.
S.Xankişiyeva