Rasim Musabəyov: Qarabağın Ermənistana birləşdirilməsi dünyaya meydan oxumaq olar | 1news.az | Xəbərlər
Siyasət

Rasim Musabəyov: Qarabağın Ermənistana birləşdirilməsi dünyaya meydan oxumaq olar

15:58 - 07 / 05 / 2018
Rasim Musabəyov: Qarabağın Ermənistana birləşdirilməsi dünyaya meydan oxumaq olar

Sabah Ermənistan parlamenti yenidən baş nazir seçəcək. Məlumat üçün bildirək ki, bu vəzifəyə yeganə namizəd Ermənistandakı etiraz hərəkatının lideri, parlamentdəki “Yelk” (Çıxış) fraksiyasının  deputatı Nikol Paşinyandır.

Paşinyanın namizədliyi ilk dəfə mayın 1-də parlamentdə səsverməyə çıxarılıb. İclasda 105 deputatdan 102-si iştirak edib. Ancaq Nikol Paşinyanın lehinə cəmi 45 deputat səs verib. Ermənistanın hakim Respublika partiyası onun baş nazir seçilməsinin əleyhinə çıxıb. Ölkə konstitusiyasına əsasən, baş nazir ən azı 53 deputatın səsi ilə seçilir. 

Qeyd edək ki, parlamentdə deputat fraksiyası olan Respublika Partiyası (58 deputat), “Tsarukyan” (31 deputat), “Çıxış” (9 deputat), “Daşnaksütyun” (7 deputat) qruplarının hamısı səsverməyə qatılıb. 

Respublika partiyasının deputatları bəyan etmişdilər ki, Paşinyan onları inandıra bilmədi, yəni onu ali baş komandan kimi görmürlər.  Daha sonra seçki mayın 8-nə təyin edildi. Paşinyan tərəfdarlarını meydanları boşaltmağa çağırdı, özü isə seçki gününə qədər parlamentdə işləyəcəyini bəyan etdi.

Paşinyanın çıxışlarında, verdiyi açıqlamalarda onun Dağlıq Qarabağa yönəlik daha radikal yanaşması ortaya çıxdı. Baxmayaraq ki, Qarabağ klanının hakimiyyətdən tamamilə getməsindən sonra münaqişənin nizamlanmasında hansısa müsbət yanaşma olacağını gözləyənlər də var idi. Onun radikal açıqlamalarının ardınca isə Dağlıq Qarabağla Ermənistan arasında müqavilənin imzalna bilməsi barədə erməni mətbuatında məlumatlar yer alır. İddialara görə, bu müqavilə Qarabağın Ermənistana birləşdirilə biləcəyini nəzərdə tutur. Əlbəttə ki, Ermənistan buna gedə bilməyəcəyini yaxşı anlayır, ən azı belə olan halda qarşısında güclü Azərbaycan Ordusunu görəcək. Amma belə ehtimalların da gündəmə gətirilməsi yəqin ki, səbəbsiz deyil.

Mövzunu şərh edən millət vəkili, politoloq Rasim Musabəyov 1news.az-a  Dağlıq Qarabağın Ermənistana birləşdiriləcəyini mümkün hesab etmir. Onun sözlərinə görə, erməni mətbuatı bu barədə yaza bilər, amma rəsmi olaraq heç kim bu qələti eləmir:

“Qarşı tərəf yaxşı anlayır ki, bunu həyata keçirmək dünyaya meydan oxumaq kimi bir şeydir. Bunu rəsmən edə bilməzlər”.

Politoloqa görə, Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair əvvəllər də, indi də fərqli fikirlər səsləndirib:

“Bu adamın heç bir dövlət idarəçiliyi təcrübəsi, real siyasi proseslərdə iştirakı olmayıb. İndi bu küçə yürüşlərinin təşkilatçısıdır. Baxaq görək iş başına gələndən sonra necə düşünəcək, nə deyəcək və nə edəcək. Tələsmək lazım deyil”.

Millət vəkili Paşinyanın baş nazir seçilə biləcəyini istisna etmir, amma hakimiyyətdə nə qədər davam edəcəyini öncədən söyləməyin çətin olduğunu vurğulayıb: “Təkrar edirəm ki, bu adamın heç bir idarəçilik təcrübəsi yoxdur. Bu insanın indiyə kimi idarəçilikdə ən böyük təcrübəsi qəzet redaktorluğu olub, vəssalam.

Açıq görünür ki, özünü Qarabağ və bir sıra digər məsələlərdən kənarda saxlayır.  İstisna etmirəmi Paşinyan və onunla birlikdə olan şəxslər deyəcəklər ki, bizim hökumətimiz müvəqqətidir, seçkilər keçiriləcək, həmin vaxta kimi Dağlıq Qarabağ danışıqlarından boyun qaçıracaqlar. Çalışacaqlar ki, danışıq tərəfi kimi qarşımıza Qarabağ dığalarını çıxarsınlar. Təbii ki, Azərbaycan buna gedəsi deyil”.

Ermənistanda hökumət böhranının davam etdiyi vaxtda Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların nə zaman bərpa oluna bilməsinə gəlincə, politoloq deyib ki, gərək ortalıqda danışıqları aparmaq üçün bir səlahiyyətli şəxs olsun: “İndi heç kim yoxdur. Ermənistanda hökumət böhranı hökm sürür, ortalığa çıxıb danışıqlar aparmaq üçün heç bir səlahiyyət sahibi yoxdur, bizə deyə bilərlər ki, bir az gözləyin, orda hökumət formalaşsın, səlahiyyətli bir şəxs danışıq aparmağa qadir olacaq. Amma düşünmürəm ki, biz onlara elə də çox möhlət verək. İki ay ərzində ortalığa düz əməlli danışıq aparıb, razılaşma əldə etməyə adamlar gəlmədiyi halda, biz gərək erməniləri öz gücümüzlə torpaqlarımızdan yol salaq”.

Respublika partiyasının hakimiyyətdən tam ələ çəkə bilməsinə gəlincə, R.Musabəyov deyib ki, qarşı tərəf, Paşinyanın küçəni idrə etdiyini yaxşı anlayır və o, hakimiyyətə heç bir halda işləməyə imkan verməyəcək: “Ya gərək güc tətbiq edib qan tökələr, buna da gücləri çatmır, ya da razılaşmalıdırlar. İndi bunlar razılaşırlar, parlament hələlik buraxılmır amma parlamentdə çoxluq respublikaçılardadır. Respublikaçıların hesablamalarına görə, qısa müddət ərzində Paşinyan dövlət işində özünün tamamilə yarasız olduğunu sübut edəcək və bunlar ya seçkiləri udacaqlar, ya da parlamentin özündə onu istefya göndərib, istədikləri adamı baş nazir təyin edəcəklər. Hər bir halda hiss olunur ki, Respublika partiyası fasilə götürüb, küçəni cammatdan təmizləyərək, götür-qoy edib, sonrakı fəaliyyətini düşünəcək. Amma Respublika partiyasının parçalanmasını, bunun nəticəsində hansısa bir şəkildə respublikaçılarsız siyasi mənzərənin yaranmasını da istisna etmirəm. Bu da mümkündür. Hər bir halda hökumətə nə respublikaçılar getmək niyyətindədir, nə də “Tsarukyan” bloku, hansılar ki, birlikdə demək olar parlamentin konstitusiya çoxluğunu təşkil edirlər”.

1news.az

Paylaş:
526

Son xəbərlər

Qrant qaçaqmalçılığında mənimsənilən pullar: Anar Məmmədli və İmran Əliyev işində yeni detallar - FOTO - VIDEO04 / 05 / 2024, 18:35Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİB04 / 05 / 2024, 18:11Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub04 / 05 / 2024, 17:47Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb04 / 05 / 2024, 17:15Lənkəranda 13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıb04 / 05 / 2024, 16:51Şərura dolu düşüb - FAKTİKİ HAVA04 / 05 / 2024, 16:24XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edib04 / 05 / 2024, 15:49DYP “Bakı Marafonu-2024” ilə əlaqədar sürücülərə müraciət edib04 / 05 / 2024, 15:25Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb04 / 05 / 2024, 15:09Qəzzada ölənlərin sayı 34 654 nəfərə çatıb04 / 05 / 2024, 14:55Tovuzda zəlzələ olub04 / 05 / 2024, 14:28Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİB04 / 05 / 2024, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAM04 / 05 / 2024, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədir04 / 05 / 2024, 13:59Sabunçuda köməkçi tikili yanıb04 / 05 / 2024, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıb04 / 05 / 2024, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıb04 / 05 / 2024, 13:04Bazar gününün hava proqnozu04 / 05 / 2024, 12:49
Bütün xəbərlər