Şəlalədə selfi çəkdirmək istəyən oğlan 15 metrdən belə yıxıldı – VİDEO
Daha yaxşı selfi alındırmaq üçün təhlükəli yerlərdə şəkillər çəkdirərkən ölənlərin sayı artmaqdadır.
1news.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, bədbəxt selfi hadisəsi bu dəfə Hindistanın Odeşa vilayətində baş verib.
Videodan göründüyü kimi Qali Qabdar şəlaləsinin üzərinə çıxan 24 yaşlı Subrat Naqın anidən ayağı sürüşür və uçuruma yuvarlanır.
O, hündürlüyü 15 metr olan şəlalədən yıxılarkən onun kameraya çəkən dostları çarəsizcə qışqırırlar.
Şəlalədən sürüşərkən ağır bədən xəsarətləri alan Subrat hazırda xəstəxanadadır. Onun vəziyyəti olduqca ağırdır.
Qeyd edək ki, 18 ay ərzində 127 nəfər selfi çəkdirən zaman ölüb.
1news.az
982