22 ildir qumdan düzəltdiyi qalada yaşayır - FOTO
Braziliyada uzun illər qumdan tikilən sarayda yaşayan kişi dünya mediasının diqqətini çəkib.
1news.az Publika.az-a istinadən xəbər verir ki, 44 yaşlı Maurisiyo Matolias qeyri-adi evi ilə məhşurlaşıb. Dəniz kənarında yaşamağı sevən Maurisiyo ömrünün 22 ilini bu evdə yaşadığını deyir:
"Dəniz kənarında yaşamaq üçün ev alacaq pulum yox idi. Mən də dəniz sahilində qumdan saray tikmək qərarına gəldim. İnsanlar məni "çimərlik kralı” adlandırırlar."
Mauriisiyonun hətta taxtadan hazırlanmış tacı da var. O deyir ki, kommunal xidmət ödənişləri etmədiyi üçün çox rahatdır. Kirayə pulu vermədən qışın soyuqunda belə qumun onu isti saxladığını deyir.
Maurisiyo deyir ki, havalar şox soyuq olanda bəzən gecələr dostunun evində gecələmək məcburiyyətində qalır.
1news.az