Mitsubishi eclipse cross - yeni kompakt krossover - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Mitsubishi eclipse cross - yeni kompakt krossover - FOTO

10:10 - 07 / 05 / 2018
Mitsubishi eclipse cross - yeni kompakt krossover - FOTO

Mitsubishi-nin yeni modeli brendin Azərbaycandakı rəsmi dileri Mitsubishi Avtomobil Mərkəzində öz yerini tutub. Məşhur yapon brendi bu dəfə ən son dizayn konsepsiyası ilə hazırladığı yeni nəsil avtomobil Mitsubishi Eclipse Cross-u təqdim edir.

Yeni kompakt krossover Mitsubishi Eclipse Cross - təkrarlanan avtomobil axınında fərqlənmək istəsə də, rahatlığından güzəştə getməyənlər üçün doğru seçimdir. DYNAMIC SHIELD konsepsiyalı dizaynı sayəsində cəsur və kəskin cizgilərə malik atletik görünüşlü avtomobil hər zaman hərəkətə hazırdır. Eclipse Cross-un eksteryerinin ən diqqətçəkən detalı olan siyirmə lyuk ilə böyük panoramlı tavanı nəzərdən qaçırmaq qeyri-mümkündür. Onu parlaq və uzunömürlü işıqdiod (LED) texnologiyaları, 18 düymlük orijinal disklər və baqaj qapısındakı pəncərələr müşayiət edərək avtomobilin bənzərsizliyini tamamlayır.

Dizayna diqqətli yanaşma interyerdə də davam edir. 200 mm sürüşdürülüb tənzimlənən və qatlanan oturacaqlar sayəsində kifayət qədər geniş salon və tutumlu yük yeri əldə etmək mümkündür. Həmçinin, oturacaqların keyfiyyətli materialları və usta işi, dəstəkləyici konturlar və dizlər üçün bol məkan səfərləri maksimum komfortla təmin edir. Sürücünün rahatlığı üçün düşünülmüş əsas detallardan biri nəqliyyat haqqındakı bütün informasiyanı sayğacların üzərində, göz önündə əks etdirən innovativ Head Up Display-dir [HUD]. Bundan əlavə Color LCD multi-informasiya ekranı düz alət panelinin mərkəzində yerləşdirilib. Səs sistemini isə Display Audio ilə idarə etmək olur, burda həm də arxa görüntü kamerası əks olunur.

Eclipse Cross-un qabaqcıl texnologiyaları gecə və gündüz, yolda və dayanacaqda təhlükəsizliyin yüksək səviyyəsinə zəmanət verir. İdarəetmə stabil, intuitiv və gözləniləndir. Öndən toqquşmanın qarşısını alan və ya toqquşma qaçılmaz olanda təsirini azaldan FCM sistemi avtomobilin ən mühüm təhlükəsizlik texnologiyalarındandır. Bu sistem avtomobillərə və piyadalara kamera və ya lazer radarı vasitəsilə reaksiya verir. Təhlükəsizliyin təminatı üçün əlavə olaraq Automatic High Beam, Hill Start Assist, Active Stability Control, 7 ədəd SRS hava yastığı kimi texnologiyalar və dözümlü RISE body mövcuddur. Eclipse Cross-un idarəetməsinə gəldikdə isə, 2.0L MIVEC mühərriki və açarsız idarəetmə sistemi kimi xüsusiyyətləri qeyd etmək lazımdır.

Yeni avtomobillə tanışlıq üçün Mitsubishi-nin ölkəmizdəki rəsmi dileri Mitsubishi Avtomobil Mərkəzinə yaxınlaşmaq mümkündür. Ünvan: Bakı-Sumqayıt şossesi, 6-cı km. Ətraflı məlumatı www.mitsubishi-motors.az saytından və ya (012) 349 00 06 nömrəsindən əldə edə bilərsiniz.

Reklam hüququnda

 

 

Paylaş:
410

Son xəbərlər

“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTO27 / 09 / 2024, 20:54MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilib27 / 09 / 2024, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək27 / 09 / 2024, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEO27 / 09 / 2024, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHI27 / 09 / 2024, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEO27 / 09 / 2024, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıb27 / 09 / 2024, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədir27 / 09 / 2024, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər27 / 09 / 2024, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcək27 / 09 / 2024, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB27 / 09 / 2024, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldı27 / 09 / 2024, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edib27 / 09 / 2024, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilib27 / 09 / 2024, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır27 / 09 / 2024, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİB27 / 09 / 2024, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilib27 / 09 / 2024, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandı27 / 09 / 2024, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edib27 / 09 / 2024, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıb27 / 09 / 2024, 13:01
Bütün xəbərlər