Paşinyan: Azərbaycan hakimiyyəti ilə danışıqlar aparmağa hazıram | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyan: Azərbaycan hakimiyyəti ilə danışıqlar aparmağa hazıram

12:55 - 08 / 05 / 2018
Paşinyan: Azərbaycan hakimiyyəti ilə danışıqlar aparmağa hazıram

Ermənistanda baş nazir postuna namizəd  Nikol Paşinyan Azərbaycan hökuməti ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparmağa hazır olduğunu bildirib.

1news.az  “RİA Novosti”yə istinadən xəbər verir ki,  bu barədə o, Ermənistan parlamentində çıxışı zamanı deyib.

O qeyd edib ki, Ermənistandakı inqilabın qələbəsi Dağlıq Qarabağ üçün yeni imkanlar açır.

Xatırladaq ki, bu gün Ermənistan parlamenti baş nazir seçəcək. Bu vəzifəyə yeganə namizəd Paşinyandır.  

P.Sultanova

 

Paylaş:
639

Son xəbərlər

Qaxda zəlzələ olub

Bu gün, 09:31
Bütün xəbərlər