Moldovada azərbaycanlı “killerlər” saxlanılıb  – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Moldovada azərbaycanlı “killerlər” saxlanılıb  – VİDEO

16:06 - 09 / 05 / 2018
Moldovada azərbaycanlı “killerlər” saxlanılıb  – VİDEO

Moldovada keçirilən xüsusi əməliyyat zamanı Ukraynadan Türkiyəyə qaçmağa çalışan iki azərbaycanlı saxlanılıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Moldova KİV-də məlumat yayılıb.

Əməliyyatçılar şübhəlilərin qaldığı mənzilə reyd edib.

Yerli KİV-nin məlumatına görə, hər iki şəxs Ukraynanın mütəşəkkil cinayət dəstəsi üçün sifarişli qətllər həyata keçirib.  Saxlanılan şəxslər Xarkovda törədilən qətlə görə axtarışda olub.

İstintaqa əsasən, martın 29-da onlar avtomat silahlarla Xarkov restoranındakı müştəriləri atəşə tutub. Açılan atəş nəticəsində zərərçəkənlərdən biri dünyasını dəyişib, bir neçə nəfər yaralanıb.

Moldova hökuməti 72 saatdan sonra cinayətkarların Ukraynaya ekstradisiya olunacağı yoxsa ölkədə həbsdə qalacağına dair qərar verəcək.

S.Xankişiyeva

 

Paylaş:
434

Son xəbərlər

Qaxda zəlzələ olub

Bu gün, 09:31
Bütün xəbərlər