Zakir Həsənov “Efes-2018” təlimlərində uğur qazanmış Azərbaycan hərbçilərini mükafatlandırıb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Zakir Həsənov “Efes-2018” təlimlərində uğur qazanmış Azərbaycan hərbçilərini mükafatlandırıb - FOTO

17:07 - 09 / 05 / 2018
Zakir Həsənov “Efes-2018” təlimlərində uğur qazanmış Azərbaycan hərbçilərini mükafatlandırıb - FOTO

İzmir şəhərində keçirilən “Efes-2018” beynəlxalq təlimlərinin yekun mərhələsini izləmək məqsədilə Türkiyə Respublikasında səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərdə iştirak edən Azərbaycan hərbçiləri ilə görüşüb.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, təlimlərdə uğur qazanmış heyəti təbrik edən müdafiə naziri hərbçilərimizinbeynəlxalq tədbirdə göstərdikləri peşəkarlığı yüksək qiymətləndirərək onları mükafatlandırıb.

Qeyd edək ki, aprelin 11-də başlayan “Efes-2018” təlimlərində Azərbaycan Ordusu 100 nəfərdən artıq şəxsi heyətlə təmsil olunur.

S.Xankişiyeva

Paylaş:
434

Son xəbərlər

Bütün xəbərlər