Oqtay Əsədov: Ulu Öndərin hakimiyyəti dövründə azərbaycançılıq, milli həmrəylik istiqamətində əməli addımlar atıldı | 1news.az | Xəbərlər
Siyasət

Oqtay Əsədov: Ulu Öndərin hakimiyyəti dövründə azərbaycançılıq, milli həmrəylik istiqamətində əməli addımlar atıldı

13:21 - 10 / 05 / 2018
Oqtay Əsədov: Ulu Öndərin hakimiyyəti dövründə azərbaycançılıq, milli həmrəylik istiqamətində əməli addımlar atıldı

Milli Məclisin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunan xüsusi iclas davam edir.

1news.az xəbər verir ki, iclasda çıxış edən Milli Məclisin spikeri Oqtay Əsədov bildirib ki, 1960-cı illərin sonları və 1990-cı illərin əvvələrində Ulu Öndərin hakimiyyətə gəlişi xalqımızın ən ağır sınaqları dövrünə təsadüf edir.

Spikerin sözlərinə görə, hər iki dövrdə Ümummilli Liderin yüksək idarəçiliyi sayəsində Azərbaycan mühüm inkişaf yolu keçib: “Ulu Öndər müstəqillik yolunda maneələri qabaqcadan görür, onların aradan qaldırılması istiqamətində mühüm addımlar atırdı. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Konstitusiyası qəbul edilmiş, xalqın mənafeyinin müdafiəsi üçün mühüm işlər görülmüşdü”.

O.Əsədov qeyd edib ki, Ulu Öndərin Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövrdə bir sıra təhsil ocaqları yaradılıb, çoxlu sayda gənclər oxumaq üçün Rusiyanın müxtəlif təhsil ocaqlarına göndərilib: “İmperiya dövründə Azərbaycanın müstəqilliyi üçün möhkəm zəmin yaradıldı. Ulu Öndər Heydər Əliyev Azərbaycanın davamlı inkişafı üçün əlindən gələni edib. O, ölkəmizə münasibətdə düşmənçilik mövqeyi tutanlara qarşı ən böyük maneə idi”.

O söyləyib ki, Heydər Əliyevin Sovet hakimiyyətində vəzifədən uzaqlaşdırılması Azərbaycan qarşı hazırlanan məkrli planın ilk addımı idi:

“1990-ci illərin əvvələrində Azərbaycanda hakimiyyətin səriştəsizliyi ölkəni uçuruma sürükləyirdi. Lakin Ümummilli Liderin fəaliyyəti nəticəsində Azərbaycan üçün hazırlanan ssenari həyata keçmədi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini qoruyub saxlamaq mümkün olmasa da, Ulu Öndərin fəaliyyəti nəticəsində Azərbaycanın müasir müstəqiliyini qoruyub saxlamaq mümkün oldu. Heydər Əliyevin böyük siyasətə qayıdışı onun Ali Sovetə sədr seçilməsi ilə başlandı. Ölkənin ictimai-siyasi həyatı üçün çox böyük əhəmiyyəti olan bir sıra qərarlar qəbul edildi. 1993-2003-cü illərdə Heydər Əliyevin həyata keçirdiyi işlər öz miqyasına görə insanı heyrətə gətirir. Ümummilli Lider Azərbaycanda böhranın qarşısını almaqla yanaşı, vətəndaş müharibəsinin də qarşısını aldı. Cəbhə xəttində atəşkəs elan olundu, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar sülh danışıqlarına başlanıldı, ölkə daxilində ictimai-siyasi sabitlik təmin olundu. Neft strategiyasının həyata keçirilməsi üçün şərait yaradıldı, Azərbaycana milyardlarla dollar investisiya qoyuldu. Neft sənayesinin dirçəlməsi qeyri-neft sektorunun inklişafına şərait yaratdı. Bazar iqtisadiyyatı bərqərar oldu. Ölkəmiz ardıcıl inkişaf yoluna qədəm qoydu, dünyanın bir çox ölkələri ilə dostluq münasibətləri quruldu”.

Ümummilli Liderin hakimiyyəti dövründə mühüm islahatların həyata keçirildiyini deyən O.Əsədov qeyd edib ki, görülən işlər nəticəsində Azərbaycanın dünyada nüfuzu artmağa başladı:

“Milli-mənəvi dəyərlərimizin qorunması, mədəniyyətin, ədəbiyyatın inkişafı üçün lazımi tədbirlər görüldü. Azərbaycançılıq, milli həmrəyliyin yaradılması istiqamətində əməli addımlar atıldı. Dünya Azərbaycanlıların qurultaylarının keçirilməsi ənənə halını aldı. Ümummilli Lider hakimiyyətdə olduğu dövrdə parlamentə də böyük diqqət göstərib. Milli Məclis Ulu Öndərin təşəbbüsü ilə çoxlu sayda qanunvericilik aktı qəbul edib”.

1news.az

 

 

Paylaş:
247

Son xəbərlər

Prezident: Artıq son yeddi ildə Azərbaycanda quraqlıq müşahidə olunubBu gün, 15:17Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilibBu gün, 15:15Qanunsuz balıq ovu edənlər saxlanılıbBu gün, 15:08Bazar günü 12 min şagird imtahan verəcəkBu gün, 14:59COP29 prosesində Azərbaycana dəstək üçün BMT-də xüsusi işçi qrup yaradılıbBu gün, 14:37Prezident: COP29-a hazırlıq məqsədilə bütün lazımi və zəruri işlər plana uyğun davam etdirilirBu gün, 14:36İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib - YENİLƏNİBBu gün, 14:19“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - Azercell-in təşkil etdiyi təlimlər davam edirBu gün, 14:06Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıbBu gün, 13:43Hava Limanı-Mərdəkan-Zağulba avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 13:37Aygün Attar: Azərbaycanın ekologiyasına vurulan zərər dünyaya vurulmuş zərərdirBu gün, 13:29Mədəniyyət naziri liviyalı həmkarı ilə görüşübBu gün, 13:13Sabah Azərbaycanın bəzi yerlərində dolu düşəcək - ProqnozBu gün, 12:59Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Qoçəhmədli kəndini bərpa edəcəkBu gün, 12:59İlham Əliyev Rusiyanın Federasiya Şurasının sədr müavinini və Dövlət Dumasının komitə sədrini qəbul edibBu gün, 12:24Qubada qanunsuz kömür quyuları aşkarlanıb, 7 nəfər cərimələnibBu gün, 12:10Bakıda İƏT-in Birinci Turoperatorlar Forumu keçirilirBu gün, 11:35Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - FOTOBu gün, 11:25Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri elan olunubBu gün, 11:17İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə çağırışBu gün, 11:02
Bütün xəbərlər