Putin: Heydər Əliyevin siyasi müdrikliyi və uzaqgörənliyi ona böyük nüfuz qazandırıb | 1news.az | Xəbərlər
Siyasət

Putin: Heydər Əliyevin siyasi müdrikliyi və uzaqgörənliyi ona böyük nüfuz qazandırıb

14:57 - 10 / 05 / 2018
Putin: Heydər Əliyevin siyasi müdrikliyi və uzaqgörənliyi ona böyük nüfuz qazandırıb

Heydər Əliyevin siyasi müdrikliyi və uzaqgörənliyi ona həm öz həmvətənləri arasında, həm də ölkə xaricində böyük nüfuz qazandırıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putinin Bakıda Heydər Əliyev Mərkəzində açılan “Heydər Əliyev: Şəxsiyyət, missiya, irs” Rusiya-Azərbaycan tarixi-sənədli sərgisinin iştirakçılarına ünvanlanmış məktubunda deyilir. Məktubu Rusiya Prezident İdarəsinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə rəisi Vladimir Çernov oxuyub.

Məktubda deyilir:

“Heydər Əliyevin siyasi müdrikliyi və uzaqgörənliyi, ən mürəkkəb məsələlərin məğzini anlamaq qabiliyyəti, böyük təşkilatçılıq istedadı ona həm öz həmvətənləri arasında, həm də ölkə xaricində böyük nüfuz qazandırıb. Müstəqil Azərbaycana qəliz tarixi dövrdə rəhbərlik etməklə o, öz ölkəsinin əsl liderinə çevrildi, Azərbaycan ictimaiyyətinin möhkəmlənməsi üçün çox şey etdi.

Qeyd edim ki, Heydər Əliyev Rusiya ilə dostluq, mehriban qonşuluq əlaqələrinin qurulması, ölkələrimiz arasında səmərəli əməkdaşlığın möhkəmlənməsi və konstruktiv tərəfdaşlığı Azərbaycanın uğurlu inkişafının əsas şərtlərindən biri hesab edirdi. Sevindiricidir ki, bu kursu Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev layiqincə davam etdirir.

Bu böyük sərgi tarixçilərin, arxiv işçilərinin və dövlət qurumlarının nümayəndələrinin birgə səylərinin nəticəsidir. Bu sərgidə və onun hazırlığında iştirak edən hər kəsə minnətdarlığımı bildirmək istərdim”.

S.Xankişiyeva

Paylaş:
850

Son xəbərlər

XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edibBu gün, 15:49DYP “Bakı Marafonu-2024” ilə əlaqədar sürücülərə müraciət edibBu gün, 15:25Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıbBu gün, 15:09Qəzzada ölənlərin sayı 34 654 nəfərə çatıbBu gün, 14:55Tovuzda zəlzələ olubBu gün, 14:28Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİBBu gün, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyibBu gün, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyibBu gün, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAMBu gün, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədirBu gün, 13:59Sabunçuda köməkçi tikili yanıbBu gün, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıbBu gün, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıbBu gün, 13:04Bazar gününün hava proqnozuBu gün, 12:49Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 12:33Bakıda evdən 7 min manatlıq qızıl-zinət əşyası oğurlayan şəxs saxlanılıbBu gün, 12:23XRİTDX istifadəçilərə ödənişsiz sandbox sistemlərinə dair xəbərdarlıq edibBu gün, 12:11Yeni təhsil proqramları əsasında təsnifata yeni ixtisasın əlavə olunması halları müəyyənləşibBu gün, 11:56Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində - FOTOBu gün, 11:49FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:33
Bütün xəbərlər