Sarkisyan Milli Təhlükəsizlik Xidmətinin direktorunu və polis rəisini işdən çıxarıb | 1news.az | Xəbərlər
Ermənistan

Sarkisyan Milli Təhlükəsizlik Xidmətinin direktorunu və polis rəisini işdən çıxarıb

17:17 - 10 / 05 / 2018
Sarkisyan Milli Təhlükəsizlik Xidmətinin direktorunu və polis rəisini işdən çıxarıb

Ermənistan prezidenti Armen Sarkisyan Milli Təhlükəsizlik Xidmətinin direktoru Georgi Kutoyanın və polis rəisi Vladimir Qasparyanın vəzifələrindən azad edilməsi haqqında sərəncam imzalayıb.

1news.az bu barədə Ermənistan mətbuatına istinadla xəbər verir.

Xatırladaq ki, bu gün baş nazir Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin direktoru Georgi Kutoyanın və polis rəisi Vladimir Qasparyanın vəzifələrindən azad edilməsi haqqında təklif imzalayaraq prezident Armen Sarkisyana göndərmişdi.

P.Sultanova

Paylaş:
485

Son xəbərlər

Bütün xəbərlər