Putin mayın 14-də Paşinyanla görüşəcək | 1news.az | Xəbərlər
Dünya

Putin mayın 14-də Paşinyanla görüşəcək

16:05 - 11 / 05 / 2018
Putin mayın 14-də Paşinyanla görüşəcək

Rusiya prezidenti Vladimir Putin mayın 14-də Ermənistanın yeni baş naziri Nikol Paşinyanla görüşəcək.

1news.az xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitriy Peskov bildirib.

Onun sözlərinə görə, mayın 14-də Putinin Avrasiya İqtisadi Birliyi sammiti çərçivəsində  bir sıra ikitərəfli görüşləri planlaşdırılıb. Bu görüşlərdən biri də Paşinyanla olacaq.

Qeyd edək ki, sammit Soçidə baş tutacaq.

P.Sultanova

Paylaş:
351

Son xəbərlər

Bütün xəbərlər