Yıldırım Paşinyana cavab verib
Ermənistan illərdir Türkiyəyə qarşı davam etdirdiyi düşmənçilik mövqeyindən əl çəkərsə, uyğun addım ata bilərik.
1news.az-ın Hürriyet-ə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırm Ermənistanın baş naziri Nikol Paşinyana cavabında bildirib.
“Əgər Ermənistan ərazi bütövlüyümüzə, sərhədlərimizə yönəlik yanlış mövqeyindən əl çəkərsə, yeni bir səhifə açmaq istəyərsə, biz də qarşılığını verə bilərik. Çünki Türkiyə qonşuları başda olmaqla heç kimsəyə düşmənçilik münasibəti bəsləmək niyyətində deyil. Ona görə də Ermənistanın mövqeyində hansısa yumşalma olarsa, bunu ölkəmizin mənafeyinə uyğun olaraq dəyərləndirə bilərik”, - o qeyd edib.
S.Xankişiyeva
408