İtaliyada yoxsulların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Dünya

İtaliyada yoxsulların sayı açıqlanıb

10:14 - 11 / 05 / 2018
İtaliyada yoxsulların sayı açıqlanıb

İtaliyanın Milli Statistika İnstitutunun rəhbəri Corco Allevanın parlament sessiyasında DEF iqtisadi proqramı üzrə təqdim etdiyi məlumata əsasən, İtaliyada 2017-ci ildə 5 milyona yaxın insan mütləq yoxsulluq şəraitində yaşayıb.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu göstərici carı ildə əhalinin 8,3 faizini təşkil edir. Ölkədə 2016-cı ildə əhalinin 7,9 faizi, 2008-ci ildə isə 3,9 faizi yoxsulluq şəraitində yaşayıb.

S.Xankişiyeva

 

Paylaş:
472

Son xəbərlər

Bütün xəbərlər