Mübariz Əhmədoğlu: Paşinyan Mehri və İcevan dəmiryollarını işə salsa, bütün problemləri həll edə biləcək | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Paşinyan Mehri və İcevan dəmiryollarını işə salsa, bütün problemləri həll edə biləcək

10:32 - 11 / 05 / 2018
Mübariz Əhmədoğlu: Paşinyan Mehri və İcevan dəmiryollarını işə salsa, bütün problemləri həll edə biləcək

Dağlıq Qarabağda olarkən davranışı və verdiyi bəyanatlar Nikol Paşinyanın münaqişənin tənzimlənməsinin gedişi barədə tam məlumatsız olduğunu göstərdi.

1news.az xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. O bildirib ki, Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan 10 il çalışdı, amma Dağlıq Qarabağ ermənilərini danışıqlar stolu arxasına qaytara bilmədi.

Politoloqun sözlərinə görə, Dağlıq Qarabağ erməniləri danışıq stoluna yalnız Dağlıq Qarabağ azərbaycanlıları ilə birlikdə qayıdacaq. Dağlıq Qarabağ erməniləri Dağlıq Qarabağ azərbaycanlıları olmadan heç bir zaman Dağlıq Qarabağın statusunu müəyyən edə bilməyəcək: 

"Paşinyan Dağlıq Qarabağ məsələsində əvvəlcə rəsmən məlumatlansaydı, daha düzgün olardı. Beynəlxalq aləm Dağlıq Qarabağ azərbaycanlılarının deportasiyasına hüquqi don geydirə bilməz. Paşinyan bunu dərk etməlidir. Dağlıq Qarabağ danışıqlarının iki əsas və iki maraqlı tərəfi var; Ermənistan və Azərbaycan əsas tərəflər, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları maraqlı tərəflərdir.

N.Paşinyanın ağlı dərk etsəydi, başa düşərdi ki, Serj Sərkisyan və E.Nalbandyan 10 il ərzində yalnız Dağlıq Qarabağın statusunun müəyyən olunması və Dağlıq Qarabağ ermənilərinin danışıqlara qoşulması barədə yalnız şərti, gələcək zamana xitabən danışıblar.

N.Paşinyan bəyanatları  Serj Sərkisyanın dediklərinin təkrarıdır. Amma N.Paşinyan Serj Sərkisyan deyil. S.Sərkisyan 10 il prezidentliyi dövründə tədricən aktyora çevrildi. S.Sərkisyanın yalançılıq qabiliyyəti prezidentliyinin 5-6 ilində effekt verməyə başladı. Yalnız 7-8 il prezident işlədikdən sonra S.Sərkisyan yalanı geosiyasi parametrə çevirə bildi. N.Paşinyan isə düşünür ki, o indi yalanı geosiyasi parametrə çevirə biləcək. Serj Sərkisyan hakimiyyətə gələrkən ilk dövrdə  Dağlıq Qarabağ məsələsinin tənzimlənməsində tam fərqli mövqedə idi: O, Azərbaycanı Dağlıq Qarabağa investisiya qoymağa, Dağlıq Qarabağ ermənilərini özünə tərəf çəkməyə dəvət etdi. N.Paşinyanın savadı olsaydı, 2008-ci ildə S.Sərkisyanın Bi-Bi-Si radiosuna verdiyi müsahibəni oxuyardı.

10 il bundan qabaq Azərbaycanla Ermənistan arasında hərbi, iqtisadi baxımdan fərq az idi. İndi Ermənistanla Azərbaycan arasındakı fərq hədsiz böyükdür. Ermənistan bütün parametrlər üzrə sürətlə geriləyir. Azərbaycan irəliləyir. Ermənistanın geriləmə sürətinin yüksək olması Ermənistanla Azərbaycan arasındakı fərqi uçuruma çevirən ən əsas faktordur. N.Paşinyan bu məsələ barədə düşünsə yaxşı olardı.

Erməni xalqı S.Sərkisyanın Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı danışdığı 10 illik yalanlardan bezdi və təxminən 2 yüz minlik mitinqlə N.Paşinyanı müdafiə etdi. N.Paşinyan S.Sərkisyanın yalanlarına sahib çıxır. Ermənilər N.Paşinyana 10 il vaxt verməyəcəklər".

M.Əhmədoğlunun sözlərinə görə, Paşinyanın davranışından verdiyi bəyanatlardan bəlli olur ki, Ermənistan ordusunun problemləri artıq ona bəllidir. Bu günədək Vigen Sərkisyan, E.Nalbandyan və Serj Sərkisyan Ermənistan ordusu barədə blef danışırdılar:

"Ermənistan ordusu barədə yalnız 2016-cı ilin aprel döyüşlərindən bir neçə gün keçmiş həqiqəti dedilər. Sonradan yenidən Ermənistan ordusunun vəziyyəti ilə bağlı blef danışmağa başladılar. Taleyi hakimiyyəti onun əlinə salıb və Ermənistanda proseslərin necə  davam edəcəyi həqiqətən N.Paşinyandan asılıdır:

ı. N.Paşinyan Ermənistanda tez-tez hakimiyyətin dəyişilməsinin bünövrəsini qoya bilər.

ıı. N.Paşinyan mitinqlərin ruhunu Ermənistanda yeni sağlam, miflərdən azad, sabitləşmiş cəmiyyət quruculuğuna yönəldə bilər.

 Bu kontekstdən onun qarşısında  4 yol var:

ı. Ermənistanın bütün 4 qonşusu ilə normal münasibət qurmaqla erməni tarixində yeni istiqamət müəyyənləşdirə bilər.

ıı. Cənubi Qafqazın sabitliyi və davamlı inkişafını prioritetə çevirməklə həm də Ermənistanın uğurlu perspektivini müəyyənləşdirə bilər.

ııı. Qarabağ klanının məyyənləşdirdiyi kursu- həm Ermənistanı, həm də Dağlıq Qarabağ ermənilərini fəlakətə aparan, diasporu nüfuzdan salan kursu davam etdirə bilər.

 ıv. N.Paşinyanın inqilabı dövründə RF ekspertləri erməni xalqının təhlükəsizliyinin təmini üçün Ermənistanın Rusiyaya birləşməsini variant kimi aktuallaşdırıblar. S.Sərkisyanın hakimiyyətinin son 2 ilində Rusiya vətəndaşlığını qəbul edən ermənilərin sayı artıb. Ermənistan referendum keçirərək Kalininqrad statusu ilə Rusiyanın tərkibinə birləşə bilər.

Erməni xalqı, ordusu heç vaxt Azərbaycan torpaqlarını işğal edə bilməzdi. Azərbaycanın torpaqlarının işğalının ən birinci faktoru Azərbaycanın daxilindəki xaos, hakimiyyətlərin tez-tez dəyişilməsi idi. İndi N.Paşinyan artıq Ermənistanda hakimiyyətlərin dəyişilməsini siyasi  oyunların dəsti-xəttinə çevirir.

İran da, onun Ermənistana və Azərbaycana münasibəti də 10 il bundan əvvəlki kimi deyil.

Rusiya ilə münasibətlərin yalnız müsbət tərəfə inkişaf etdiyini bildirən N.Paşinyan bu məsələdə əvvəlki liderləri üstələyə bilər. Serj Sərkisyan Rusiyanı aldatmaqla, riyakarlıqla məşğul idi. Ermənistanla RF arasında sərfəli və etibarlı kommunikasiya olan Mehri dəmiryolunun açılmasına imkan vermədi. N.Paşinyan özünün yeniyetməlik dövrünə, İcevana qayıtmalıdır. N.Paşinyan Ermənistan-Azərbaycan sərhədində yerləşən ən böyük dəmir yolu qovşağlarından birində yaşayıb. Qohumları həmin dəmir yolundan pul qazanıblar. SSRİ vaxtında Moskva-Tehran dəmir yolu Mehridən keçirdi. Rusiya ilə əlaqələri inkişaf etdirmək istəyirsə, hökmən ən sərfəli, etibarlı və ən özünü doğruldan Mehri və İcevan dəmiryollarını açmalıdır".

1news.az

 

Paylaş:
632

Son xəbərlər

Belarus Prezidentinin ölkəmizə dövlət səfəri iki ölkə arasında müxtəlif sahələri əhatə edən münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir17 / 05 / 2024, 21:16Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib - FOTO17 / 05 / 2024, 17:45DYP Cavanşir körpüsü üzərində hərəkətin məhdudlaşdırılması barədə müraciət edib17 / 05 / 2024, 17:25Aprelin 21-dəki buraxılış imtahanının nəticələri açıqlanıb17 / 05 / 2024, 17:08Kamran Əliyev Düşənbədə ikitərəfli görüşlər keçirib17 / 05 / 2024, 16:53Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİB17 / 05 / 2024, 16:41Azərbaycan XİN Norveçi Konstitusiya Günü münasibətilə təbrik edib17 / 05 / 2024, 16:34Magistraturaya qəbulun yekun nəticələri açıqlanıb17 / 05 / 2024, 16:12Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir17 / 05 / 2024, 15:59Yağıntılı hava şəraiti nə vaxta kimi davam edəcək? - XƏBƏRDARLIQ17 / 05 / 2024, 15:42Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı17 / 05 / 2024, 15:36Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür17 / 05 / 2024, 15:19Gəncədə avtomobil qaçıran şəxs saxlanılıb17 / 05 / 2024, 14:58Baş Qərargah rəisi artilleriya bölmələrinin taktiki təlimini izləyib - FOTO17 / 05 / 2024, 14:41İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar17 / 05 / 2024, 14:23Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar17 / 05 / 2024, 14:20USTA MƏNƏM!” Peşəkar ustalıq müsabiqəsində iştirak etmək üçün Holcim şirkəti ölkənin ən yaxşı ustaları dəvət edir17 / 05 / 2024, 14:17İlham Əliyev qazaxıstanlı həmkarına zəng edib17 / 05 / 2024, 14:15Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib17 / 05 / 2024, 14:01Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxış keçirilib17 / 05 / 2024, 13:52
Bütün xəbərlər