Əfqanıstanda ABŞ əsgərlərinə hücum: ölənlər var | 1news.az | Xəbərlər
Dünya

Əfqanıstanda ABŞ əsgərlərinə hücum: ölənlər var

15:27 - 12 / 05 / 2018
Əfqanıstanda ABŞ əsgərlərinə hücum: ölənlər var

Əfqanıstanın şimalında dörd ABŞ əsgəri öldürülüb.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə “Taliban”a bağlı mənbələr məlumat yayıb.

Əfqanıstanın şimalındakı Pərvan əyalətinin Bagram rayonunda “Taliban” tərəfindən ABŞ-a aid zirehli nəqliyyat vasitəsinə hücum təşkil edilib.

Maşında olan dörd ABŞ əsgəri olub.

ABŞ hücumu təsdiqləsə də, ölənlərlə bağlı hər hansı bir açıqlama yoxdur.

S.Xankişiyeva

 

Paylaş:
481

Son xəbərlər

Bütün xəbərlər