Əli Əhmədov: Paşinyanın Azərbaycanla bağlı dedikləri dünya birliyi tərəfindən pislənəcək | 1news.az | Xəbərlər
Siyasət

Əli Əhmədov: Paşinyanın Azərbaycanla bağlı dedikləri dünya birliyi tərəfindən pislənəcək

11:50 - 12 / 05 / 2018
Əli Əhmədov: Paşinyanın Azərbaycanla bağlı dedikləri dünya birliyi tərəfindən pislənəcək

Paşinyanın Azərbaycan barədə dedikləri elə sərsəmliyin göstəricisi ola bilər.

1news.az-ın verdiyi xəbərə görə, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədrinin müavini, icra katibi Əli Əhmədov Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib:

“Əlbəttə, onun dedikləri nəinki bizim tərəfimizdən, dünya birliyi tərəfindən münaqişənin nizama salınması üçün yaradılmış vasitəçilər qrupu tərəfindən də pislənəcəkdir. Ümumiyyətlə, bu münaqişənin mövcud olması Cənubi Qafqazda sabitlik və əmin-amanlığın möhkəm təməl üzərinə qoyulmasına ciddi əngəldir.

O ki qaldı onun regionlara səfər etməsi və reallığa uyğun gəlməyən, gərginliyin artmasına səbəb olan bəyanatlar verməsinə, hesab edirəm ki, bu, Ermənistanın özünə ziyan vuracaq.

Siz görürsünüz, həm Ermənistanda, həm də Azərbaycanda prezident seçkiləri keçirildi. Azərbaycanda seçkilərdən sonrakı ab-hava ondan ibarətdir ki, insanlar işləyirlər, fəallıq göstərirlər, istirahət günündə ağac əkirlər, iqtidarla birliyini nümayiş etdirirlər. Seçkilərin nəticələrinə dərindən inandıqlarını nümayiş etdirirlər.

Bu, Azərbaycanın mövcudluğudur, bu, Azərbaycanın reallığıdır. Bir də var Ermənistanın reallığı - narazılıq, nigarançılıq, qarşıdurmalar və sair. Nə qədər ki Ermənistan Azərbaycanın işğal edilən torpaqlarını azad etmək fikrindən uzaq olacaq, sərsəm bəyanatlar səsləndirəcək, bir o qədər də Ermənistanda vəziyyət gərgin olaraq qalacaq”.

Ə.Əhmədov daha sonra əlavə edib:

“Ermənistan dalana dirənmiş bir vəziyyətdədir, iqtisadi cəhətdən inkişaf etmək potensialı yoxdur. Münaqişənin nizama salınması daha çox Ermənistanın mənafeyinə uygun gələrdi, onların vəziyyətinin düzəlməsinə səbəb ola bilərdi.

Əgər bu gərginlikdən sonra hakimiyyətə gəlmiş qüvvə bu gərginliyin əsas səbəbi olan münaqişənin ədalətli şəkildə nizamlanmasının zəruriliyini dərk edə bilmirsə, hesab edirəm ki, bu onun faciəsinin başlanğıcıdır. Əgər belə davam etsə, güman edirəm ki, çox yaxın zamanlarda xalq yenidən küçələrə axışıb hakimiyyətin dəyişdirilməsini tələb edəcək”.

S.Xankişiyeva

 

Paylaş:
511

Son xəbərlər

Qarabağda fəaliyyət göstərən sahibkarlara maliyyə yardımı ilə bağlı müraciətlər elektronlaşdırılıbBu gün, 17:49Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda təmsil olunubBu gün, 17:46Avropa çempionatına ilk dəfə azərbaycanlı nümayəndə təyinat alıbBu gün, 17:44Vilayət Eyvazov Yardımlıda qəbul keçirəcəkBu gün, 17:34Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıbBu gün, 17:28İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib - YENİLƏNİB 2Bu gün, 17:17Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib - VİDEOBu gün, 16:49Dağlıq ərazilərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVABu gün, 16:48COP29-un rəsmi saytı istifadəyə verilibBu gün, 16:47Motosikletlə dünya səyahətinə çıxan baykerlər Bakı Limanına çatıbBu gün, 16:39Azərbaycan Prezidenti KAICIID-in Baş katibini qəbul edib - YENİLƏNİBBu gün, 16:36İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edibBu gün, 16:35Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilibBu gün, 16:20İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib - YENİLƏNİBBu gün, 15:47Kəlbəcərdə yük maşını aşıb, Türkiyə vətəndaşı ölübBu gün, 15:37Prezident: Azad edilən ərazilərdə yeni məscidlər inşa edilir, dağıdılanların isə bərpa olunurBu gün, 15:35Prezident Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib - YENİLƏNİBBu gün, 15:33Prezident TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib - YENİLƏNİBBu gün, 15:21Qaradağda neft məhsulları tullantıları olan quyudan meyit tapılıbBu gün, 15:10Prezident ipoteka haqqında qanunu təsdiqlədiBu gün, 14:57
Bütün xəbərlər