Parisdə hücum edən çeçenin adı açıqlanıb – YENİLƏNİB | 1news.az | Xəbərlər
Dünya

Parisdə hücum edən çeçenin adı açıqlanıb – YENİLƏNİB

19:22 - 13 / 05 / 2018
Parisdə hücum edən çeçenin adı açıqlanıb – YENİLƏNİB

Parisdə insanlara hücum edən gəncin adı açıqlanıb. O, Həmzət Əzimovdur.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, məlumata əsasən Əzimov 1997-ci ildə Çeçenistanda doğulub, 2010-cu ildə Fransa vətəndaşlığı alıb.

Polis onun valideynlərini də saxlyıb. Hazırda onlar dindirilir.

“Europe 1” məlumatına əsasən, gənc oğlan Xüsusi Xidmət Orqanının diqqətində olub. Çünki Əzimovun radikal islamçılarla və Suriyada olan bəzi şəxslərlə əlaqəsi olub.

14.35

Parisin mərkəzində insanlara hücum edən şəxs 20 yaşlı Çeçen vətəndaşı olub.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, onun üzərində sənəd olmayıb, lakin polis əl izlərindən onun şəxsiyyətini müəyyən edə bilib.

Şahidlərin sözlərinə görə, o, hücum zamanı “Allahu əkbər” qışqırıb. Hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.

RLT radiostansiyasının məlumatına əsasən, onun valideynləri də saxlanılıb.

S.Xankişiyeva

 

Paylaş:
358

Son xəbərlər

Qrant qaçaqmalçılığında mənimsənilən pullar: Anar Məmmədli və İmran Əliyev işində yeni detallar - FOTO - VIDEO04 / 05 / 2024, 18:35Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİB04 / 05 / 2024, 18:11Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub04 / 05 / 2024, 17:47Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb04 / 05 / 2024, 17:15Lənkəranda 13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıb04 / 05 / 2024, 16:51Şərura dolu düşüb - FAKTİKİ HAVA04 / 05 / 2024, 16:24XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edib04 / 05 / 2024, 15:49DYP “Bakı Marafonu-2024” ilə əlaqədar sürücülərə müraciət edib04 / 05 / 2024, 15:25Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb04 / 05 / 2024, 15:09Qəzzada ölənlərin sayı 34 654 nəfərə çatıb04 / 05 / 2024, 14:55Tovuzda zəlzələ olub04 / 05 / 2024, 14:28Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİB04 / 05 / 2024, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAM04 / 05 / 2024, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədir04 / 05 / 2024, 13:59Sabunçuda köməkçi tikili yanıb04 / 05 / 2024, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıb04 / 05 / 2024, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıb04 / 05 / 2024, 13:04Bazar gününün hava proqnozu04 / 05 / 2024, 12:49
Bütün xəbərlər