Pakistanda körpü uçub: 5 nəfər ölüb | 1news.az | Xəbərlər
Dünya

Pakistanda körpü uçub: 5 nəfər ölüb

19:43 - 13 / 05 / 2018
Pakistanda körpü uçub: 5 nəfər ölüb

Pakistanın cənubunda yerləşən Azad Kəşmir əyalətindəki Nilum vadisində körpünün uçması nəticəsində azı 5 nəfər ölüb.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə yerli hüquq-mühafizə orqanlarına istinadən "Pakistan Today" nəşri məlumat yayıb.

Polisin məlumatına görə, hadisə zamanı Nilum çayı üzərindən keçən körpüdə 25 nəfər olub. Həmin şəxslərdən azı 20-si çaya düşüb və onları su aparıb. Suya düşən şəxslərdən 5-i boğulub.

Yerli hakimiyyət dairələri xilasetmə əməliyyatı aparıb və nəticədə 6 nəfər xilas edilib. Lakin güclü külək və suyun soyuq olması axtarış işlərini çətinləşdirir.

S.Xankişiyeva

 

Paylaş:
413

Son xəbərlər

Bütün xəbərlər