Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək

09:26 - 15 / 05 / 2018
Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək

Ermənistanda növbədənkənar parlament seçkiləri avqustun sonu - sentyabrın əvvəlində keçirilə bilər.

1news.az xəbər verir ki, bu barədə yeni seçilmiş baş nazir Nikol Paşinyanın "Vətəndaş razılığı" partiyası məlumat yayıb.

Qeyd edək ki, N.Paşinyan hakimiyyətə gəldikdən sonra hakim Respublika partiyası parlamentdə müxalifət mövqeyinə keçib.

Paşinyan mayın 8-i parlamentdə keçirilmiş səsvermə nəticəsində baş nazir seçilib.

Ötən gün Paşinyan Socidə keçirilən sammit çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

1news.az

Paylaş:
536

Son xəbərlər

Bakıda üç avtomobil yanıb

24 / 04 / 2025, 16:30

İsmayıllıda zəlzələ olub

24 / 04 / 2025, 14:45
Bütün xəbərlər